Salar ibn YəzidŞirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu.

Cəld faktlar Şirvanşahlar Dövlətinin XV hökmdarı, Əvvəlki ...
Salar ibn Yəzid
1050 1063
ƏvvəlkiBuxtnassar Əli ibn Əhməd
SonrakıI Fəribürz
Şəxsi məlumatlar
Doğum yeri Şamaxı
Vəfat tarixi
Vəfat yeri Şamaxı
Atası Yəzid ibn Əhməd
Həyat yoldaşı Əbüləsvar Şavur ibn Fəzlin qızı
Uşaqları I Fəribürz
Güzdəhəm ibn Salar
Bağla

Fəaliyyəti

Şirvanşah Buxtnassar Əli ibn Əhmədin hakimiyyətinin birinci ilində onun əmisi Salar ibn Yəzid hakimiyyət çevrilişi edərək Şamaxı qalasını ələ keçirmişdir. Şamaxı qalasının süqutundan sonra Şirvanşah Buxtnassar Şirvanı tərk edərək Arrana qaçmış və Beyləqan yaxınlığında əmisi Salar ibn Yəzidin döyüşçüləri tərəfindən ələ keçirilərək ölüdürülmüşdür.[1]

Münəccimbaşının məlumatına görə Salar h.445 (1053)-ci ildə Malu (Maluğ) qalasını tutaraq möhkəmləndirmiş, orada qarnizon yerləşdirmiş, ərzaq və silahla təchiz etmişdi. O, qalanın yaxınlığında ətrafında istehkamlar qurulmuş şəhər (mədinə) saldırmış, oraya əhali köçürmüş və cümə məscidi tikdirmişdi. Salar "kafirlərlə", ehtimal ki, (Dağıstanın islamı qəbul etməyən əhalisi ilə) müharibəni davam etdirmiş və Şirvanı onların basqınlarından qorumuşdur.[2]

O, on beş il hökmranlıq etdikdən sonra h.455-ci il, şənbə günü səfər ayının 18-də (20 fevral 1063) ölmüşdür. Salar Şəddadi Əbüləsvar Şavur ibn Fəzllə qohumluq münasibətlərində olmuş, onun qızı ilə evlənmişdir.[3]

Onun adına üzərində dörd sətirlik yazı olan sikkə zərb edilmişdir. "Məhəmməd Rəsulullah! Kömək edən Şah, Əbu... – ... Salar ibn Yəzid, Şirvanşah." [4]

Salar ibn Yəzidin adı Qəffarinin "Cahan ara" əsərində də yad edilir. Bütün bu məlumatlara əsasən A. Bakıxanov onun adını çəkir.[5] Lakin akademik Minorski qeyd edir ki, Şirvanşahların Qəffari tərəfindən verilmiş şəcərəsi səhvdir, belə ki, burada Saların atasının adının Yəzid ibn Əhməd deyil, Yəzid ibn Məzyəd olduğu göstərilir.[6]

Abşerondakı Buzovna kəndində, qədim qüllənin xarabalıqlarında üzərində yarım silinmiş kitabə olan daşlar tapılmışdır. İ.Berezin onun məzmununu belə oxumuşdur: "Bu ibnanı böyük və nəcabətli insan, hər şeyin dərin bilicisi, etiqadın parlaq ulduzu müsəlmanların ən yaxşısı, padşah Məlik Salar 53-cü ildə tikdirmişdir".[7][8]

Hal-hazırda Sankt-Peterburqda Şərqşünaslıq institutunda saxlanılan həmin iki daş kitabədən Y.A.Paxomov da bəhs edərək, onun aşağıdakı oxunuşunu vermişdir: "İqamətgahın və ibnanın sahibi, sədr... müdrik, alicənab, kamil... icmanın və dinin məşəli, islamın kamilliyi Şah məlik Salar h.53-cü ilin (Dörd) yüz üç və beşinci ilin rəcəb ayı".[9]

İ. Berezin qeyd edir ki, "görünür, yüzlük rəqəmi pozulmuşdur və Məlik Salar haqqında mənə heç kim doğru bir söz deyə bilmədi". [10] S. Aşurbəyli isə qeyd edir ki, "İ. Berezin mətni dəqiq oxumamışdır. Münəccimbaşının məlumatına görə, Məlik Salar (ibn Yəzid) Şirvanşah olmuş və təqribən h.441 (1049)-ci ildən 455 (1063)-ci ilədək, yəni 15 il hakimiyyət sürmüşdür. Beləliklə, Y.A.Paxomovun oxuduğu h.53-cü il tarixi h.453 (1061)-cü il kimi düzəldilməlidir ki, bu da həqiqətə uyğundur." [11]

Ailəsi

Döyüş və hakimiyyət mübarizəsi xronologiyası

Əlavə məlumat Tarix, Hadisə ...
Tarix Hadisə Müttəfiqlər Qarşı tərəf Yer Vəzifəsi Nəticə
1050-ci il Şamaxı qalasının fəthi Buxtnassar Əli ibn Əhməd Yezidiyyə şahzadə qələbə
1050-ci il Buxtnassar Əli ibn Əhmədin qətli Buxtnassar Əli ibn Əhməd Beyləqan Şirvanşah qələbə
1053-cü il Malu qalasının fəthi Malu qalası Şirvanşah qələbə
Bağla

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.