Azərbaycan dövlət xadimi, Azərbaycan SSR daxili i̇şlər nazirinin müavini (1970–1978), Sovet İttifaqı Qəhrəmanı (1943) From Wikipedia, the free encyclopedia
Kazımov Salahəddin Həsən oğlu (22 dekabr 1920, Qass, Zaqatala qəzası[d], Azərbaycan SSR – 2 iyul 1978, Bakı) — general-mayor, Azərbaycan SSR daxili işlər nazirinin müavini, Böyük Vətən müharibəsi illərində artilleriya diviziyası komandiri, Sovet İttifaqı Qəhrəmanı (1943).[1]
Salahəddin Kazımov | |
---|---|
1970 – 2 iyul 1978 | |
Nazir | Arif Heydərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1920 |
Doğum yeri |
|
Vəfat tarixi | 2 iyul 1978 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | sui-qəsd |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | zabit |
Hərbi xidmət | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | artilleriya[d] |
Döyüşlər |
|
Rütbəsi | general-mayor |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Zaqatala rayonu Qass kəndində (indiki Dağlı bələdiyyəsinin tərkibində) dünyaya göz açmış və 1941-ci ildə hərbi xidmətə çağrılmışdır. 1942-ci ilin aprelindən Mərkəzi cəbhədə 13-cü ordu tərkibində, 62-ci artilleriya alayında batalyon komandiri vəzifəsində döyüş əməliyyatında başlamışdır.Milliyətcə saxurdur.
Baş leytenant S. Kazımov Desna, Dnepr və Pripyat çaylarının keçilməsi əməliyyatlarında fərqlənmişdir.
1943-cü ilin 22–23 sentyabrında Dnepr çayını keçərkən sərrast atəş ilə düşmənin atəş nöqtələrini məhv edərək alayın Dneprin sağ sahilinə keçməsini və hücüm əməliyyatının Çerniqov və Qomel istiqamətlərində genişlənməsini təmin etmiş və 1943-cü ilin 16 oktyabrında Sovet İttifaqı Qəhrəmanı adı almışdır.[1]
Müharibədən sonrakı dövrdə Azərbaycanda Daxili İşlər Nazirliyi sistemində işləmiş və general-mayor rütbəsində nazir müavini vəzifəsinə yüksəlmişdir.
1978-ci il 29 iyunda iş yerində Azərbaycan SSR daxili işlər naziri Arif Heydərovla güllələnib.[2] Qatil Şuşa həbsxanasının təsəfüratt hissəsinin rəisi kapitan Ziya Muradov 29 iyunda Bakıya gələrək, mülki geyimdə Daxili İşlər Nazirliyinin binasına daxil olur. Nazirin qəbul otağına gələrək, nazirin böyük referenti podpolkovnik Səfixanovu Makarov tipli tapanca ilə öldürür və otağa daxil olaraq nazir Arif Heydərovu və onun müavini general Salahəddin Kazımovu qətlə yetirir. Daha sonra Z. Muradov özünü öldürür. S. Kazımov 3 gün sonra xəstəxanda vəfat etmişdir. Qəzetllər "xidməti vəzifəsini yerinə yetirərkən faciəli surətdə həlak olmuşdur" ifadəsi ilə çıxmışdır.[3]
Sovet İttifaqı Qəhrəmanı Salahəddin Kazımovun Bakı şəhərində yaşadığı Səməd Vurğun küçəsi 196 ünvanındakı binaya baralyefi vurulmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.