From Wikipedia, the free encyclopedia
Bu siyahı Türkiyə rep sənətçisi, müğənni-bəstəkar Sagopa Kajmerin və əsərlərinin qazandığı və namizəd göstərildiyi mükafatlar barədə məlumatları ehtiva edir.
2006-cı ildə təşkil edilən Kral TV Video Musiqi Mükafatları musiqi müsabiqəsində "Vasiyet" adlı mahnı klipi Ən Yaxşı Video Klip mükafatını qazandı. O, daha sonra 2018-ci ildə verdiyi reportajlardan birində bu mükafatın ona çatmadığını, həmin vaxt əsgərlikdə olduğunu və əlaqəli şəxslərin bir-birini tanıdığını, mükafatlandırmanın anlaşmalı şəkildə olduğunu bildirmişdir.[1] 6 noyabr 2008-ci ildə MTV Türkiyə tərəfindən təşkil olunan MTV Avropa Musiqi Mükafatları 2008 müsabiqəsində Türkiyədə ilin ən yaxşısı olmağa namizəd göstərildi.[2] Kolera ilə 2-ci duet albomu olan Bendeki Sen albomu 2011-ci ildə təşkil olunan TRT Musiqi Mükafatları müsabiqəsində "İlin albomu" kateqoriyasına namizəd göstərildi.[3][4]
2019-cu ildə Magazin.com Mükafatları-nın təqdim etdiyi Ən Yaxşı Rep Sənətçisi Mükafatını qazandı.[5] Yeditepe Dilek Universiteti tələbələri arasında keçirilən sorğuların nəticəsinə əsasən qalibləri müəyyənləşən Yeditepe Dilek Mükafatları-nda "Avutsun Bahaneler" mahnısı Ən Yaxşı Mahnı mükafatının sahibi oldu.[6][7]
Bu siyahı natamamdır; çatışmayan əlavələri edərək kömək edə bilərsiniz. |
İl | Təşkilat | Kateqoriya | Namizəd | Nəticə |
---|---|---|---|---|
2006 | 12-ci Kral TV Video Müsiqi Mükafatları | Ən Yaxşı Video Klip | "Vasiyet" | Qazandı |
2008 | Avropa Musiqi Mükafatları | Ən Yaxşı Türkiyə Sənətçisi | Sagopa Kajmer | Namizəd |
2011 | TRT Musiqi Mükafatları | İlin albomu | Bendeki Sen | Namizəd |
2019 | Magazin.com Mükafatları | Ən Yaxşı Rep Sənətçisi Mükafatı | Sagopa Kajmer | Qazandı |
2019 | Yeditepe Dilek Mükafatları | Ən Yaxşı Mahnı | "Avutsun Bahaneler" | Qazandı |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.