Sadıllı
From Wikipedia, the free encyclopedia
Sadıllı — Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 13 dekabr 2011-ci il tarixli, 270-IVQ saylı Qərarı ilə Gəncə şəhərinin Kəpəz rayonunun Sadıllı yaşayış məntəqəsinə qəsəbə statusu verilmiş, Sadıllı qəsəbəsi mərkəz olmaqla Sadıllı qəsəbə inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[1]