SAT (Türkiyə)
From Wikipedia, the free encyclopedia
Dünyanın ən yaxşı xüsusi təyinatlılarından sayılan Türkiyənin məşhur Su Altı Taaruz (SAT) və Su Altı Savunma (SAS) xüsusi təyinatlıları istənilən şəraitdə, həm su altında, həm də üstündə əməliyyatlar aparmağa qadir birlik kimi özünü doğruldub. Ekranlarda ilk dəfə 1996-cı ildə görünən, SAT komandoları baş nazir Tansu Çillərin "o əsgər gedəcək, o bayraq enəcək", — deməsindən sonra kiçik qayıqlarla Kardak adasına yaxınlaşıb, oradakı qayalıqlara qaldırılmış yunan bayrağını endirdilər. Kardakda yenidən Türk bayrağı dalğalandı. İş o yerə çatdı ki, kiçik bir SAT komando qrupu ərazidəki yunan hərbi gəmilərinə təhdid yaratdı. Məsələ beynəlxalq səviyyəyə çıxdı. Sonradan SAT komandolarından biri mətbuata müsahibəsində bildirmişdi ki, Kardak əməliyyatını uğurla reallaşdıran SAT qrupu ərazidəki 2 yunan hərbi gəmisini zəbt etmək üçün komandanlığın əmrini gözləyirmiş.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Sualtı Hücum | |
---|---|
Su Altı Taarruz Grup Komutanlığı | |
Növü | Xüsusi Təyinatlılar |
Yaranma tarixi | 1963–günümüzə |
Ölkə | Türkiyə |
Tabedir | Türkiyə Silahlı Qüvvələri |
Daxildir | Türkiyə Hərbi Dəniz Qüvvələri |
Tərkibi | Zabit və gizirlərdən ibarətdir |
Vəzifəsi |
Kəşfiyyat Anti-terror əməliyyatları Döyüş axtarış-xilasetmə əməliyyatları |
Qərargah | Ankara |
Şüarı | "Zoru hemen başarırız, imkansız ise zaman alır." |
Təchizatı | Müasir silahlar |
Müharibələr | Kipr Sülh Hərəkatı, Suriyada vətəndaş müharibəsi |
Döyüşlər | Fərat Qalxanı əməliyyatı, Kardak əməliyyatı |
Vikianbarda əlaqəli mediafayllar |
- SAT — Su Altı Taaruz
- SAS — Su Altı Savunma
SAT-çılara 1999-cu ildə PKK-nın lideri Abdullah Öcalanı İmralıya aparmaq həvalə olundu. Bir neçə il əvvəl isə SAT/SAS birliyi İsrailin Livana təcavüzü zamanı Beyrutdakı 200 nəfər türkün bu ölkədən təxliyyəsini həyata keçirməklə öz adını dünyanın hərb tarixinə yazdı.