From Wikipedia, the free encyclopedia
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود بن آدم سنایی غزنوی; 1080[1][2], Qəzni[3] – 1131[4], Qəzni[3]) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir.[5]
Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı. Ölümü səbəbi ilə Mövlanə Cəlaləddin Rumi yazırdı:
Goft yeki Xacə Senai bimord. Merg-i çünan Xacə ne karist hord.
Birisi dedi ki: Xacə Senai öldü. Belə bir şəxsin ölməsi, elə asan, elə tez qavranası iş deyil. Saman çöpü deyildi ki, uçdu deyək. Su deyil ki, soyuqdan donsun..
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.