Səmərqənd
Özbəkistanda şəhər From Wikipedia, the free encyclopedia
Özbəkistanda şəhər From Wikipedia, the free encyclopedia
Səmərqənd (fars. سمرقند; özbəkcə: Samarqand) ― Özbəkistanın cənubunda tarixi şəhər, Səmərqənd vilayətinin mərkəzi. Zərəfşan çayının vadisində, Daşkənddən 275 kilometr cənub-qərbdə yerləşən Səmərqəndin əhalisi 566 min nəfərdir. Mühüm bir sənaye (avtomobil sənayesi, traktor hissələrinin istehsalı, yeyinti sənayesi, gübrə karxanaları, toxuculuq sənayesi və s.) və təhsil (Səmərqənd Universiteti) mərkəzi olan bu şəhər Teymurləng zamanından qalan tarixi abidələrləri ilə (Bibixanım məscidi və məqbərəsi, 1399–1404; Teymurləngin Guri Əmir adlı türbəsi, Uluğbəyin türbəsi, 1405; və s.) çox sayda turist cəlb edir.
Şəhər | |
Səmərqənd | |
---|---|
özb. Samarqand | |
39°39′15″ şm. e. 66°57′35″ ş. u.HGYO | |
Ölkə | Özbəkistan |
Vilayət | Səmərqənd vilayəti |
Hökm | Furqat Rahimov |
Tarixi və coğrafiyası | |
Əvvəlki adları | Marakanda, Soqdiana |
Sahəsi | 120 [1] |
Mərkəzin hündürlüyü | 702 m |
Saat qurşağı | UTC+5 |
Əhalisi | |
Əhalisi | 504 423[1] nəfər (2015) |
Sıxlığı | 4203 nəf./km² |
Milli tərkibi | özbəklər, taciklər, ruslar və b. |
Rəsmi dili | özbək dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +998 66 |
Poçt indeksi | 140100[2] |
Nəqliyyat kodları |
14 (köhnə, 1998—2008) 30 — 39 (yeni 01.10.2008-ci ildən)[3] |
Digər | |
Rəsmi adı | Samarkand – Crossroads of Cultures |
Tipi | Mədəni |
Kriteriya | i, ii, iv |
Tarixi | 2001 25-ci sessiya |
İstinad nöm. | 603 |
Sahə | 1 123 hektar |
Buffer zona | 1 369 hektar |
samshahar.uz (özb.) (rus.) (ing.) |
|
Vikianbarda əlaqəli mediafayllar |
Qədim zamanlardan bəri insanların məskəni olan Səmərqənd, e.ə. 329-cu ildə Böyük İsgəndər, eramızın 712-ci ilində ərəblər tərəfindən fəth edilmişdir. 751-ci ildə müsəlmanlar əsir alınmış çinlilərdən kağız istehsalının sirrini öyrənib müsəlman dünyasında ilk kağız karxanasını Səmərqənddə tikmişdirlər. Buradan bu vərdiş bütün Ərəb xilafətinə, sonralar isə Avropaya yayıldı. Samanilər dövründə Səmərqənd iqtisadi baxımdan olduqca inkişaf etdi. Daha sonra Qaraxanlıların, Xarəzmşahların əlində keçdi. 1220-ci ildə Çingiz xan tərəfindən yandırılıb viran ediləndən sonra, Teymurləngin paytaxt edilməsi ilə yenidən inkişaf etdi və iri mədəniyyət mərkəzinə çevrildi. 1499-cu ildə Şeybani özbəklər tərəfindən işğal olunub paytaxt edildi. XVI əsrdə Şeybanilər paytaxtı Buxaraya köçürdülər və Səmərqəndin əhəmiyyəti azalmağa başladı. Nadir şahın buraya hücumu sakinlərinin çoxusunu şəhəri tərk etməyə məcbur etdi. 1868-ci ildə Rusiya imperiyasının tərkibinə girdi və 1888-ci ildə buraya dəmir yolu çəkildikcə yenidən böyük iqtisadi mərkəzə döndü. 1925–1930-cu illərdə Özbəkistan Sovet Sosialist Respublikasının paytaxtı idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.