Səməd Behrəngi
From Wikipedia, the free encyclopedia
Səməd Behrəngi (24 iyun 1939, Təbriz – 31 avqust 1967 və ya 31 avqust 1968[1], Təbriz) — azərbaycanlı müəllim, tərcüməçi, nasir, publisist, İranda uşaq ədəbiyyatının banisi. Daha çox özünün Balaca qara balıq əsəri ilə tanınıb. Uşaqlar üçün yazdığı əsərləri daha çox sosial problemləri, cəmiyyətdəki haqsızlıqları qabartdığı üçün şah rejimi tərəfindən qadağan edilmişdi.[2] 1957-ci ildən etibarən kənd məktəblərində dərs demiş kitablarla yanaşı çox sayda pedaqoji məqalələr və inşalar yazmışdır.[3] Dostu Bəhruz Dehqani ilə birlikdə Azərbaycan türkləri yaşayan kəndləri gəzmiş burada Azərbaycan folkloruna aid nümunələri toplamışdır. Daha sonra Əhməd Şamlı, Füruğ Fərruxzad kimi müəlliflərin əsərlərini Azərbaycan türkcəsinə tərcümə etmişdir.
Səməd Behrəngi | |
---|---|
| |
Doğum tarixi | 24 iyun 1939(1939-06-24) |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1967(1967-08-31) (28 yaşında) və ya 31 avqust 1968(1968-08-31)[1] (29 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | boğulma |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Atası | İzzət Behrəngi |
Anası | Sara Behrəngi |
Təhsili | |
Fəaliyyəti | şair, müəllim, tərcüməçi, nasir |
Əsərlərinin dili |
Azərbaycan dili fars dili |
![]() |
1967-ci il avqustun 31-də Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub. Fəaliyyətinə görə dəfələrlə təqiblərə məruz qalmağını əsas götürərək bir çox insanlar onun şah rejimi tərəfindən öldürülməsini iddia edirlər. Rəsmi mənbələr isə onun sadəcə çayda batdığını deyirlər.[2]