Səkkizminliklər
From Wikipedia, the free encyclopedia
Səkkizminliklər — Yer planetində yerləşən və hündürlüyü dəniz səviyyəsindən 8000 metrdən çox yüksəklikdə olan 14 dağ zirvəsi. Bütün səkkizminlik dağlar Asiyada Himalay və Karakorum dağ silsilələrində yerləşir. Bu zirvələrin hər biri ölüm zonasında yerləşir.
İlk dəfə səkkizminlik zirvəni Pakistanın Nanqa Parbat dağında Albert Mameri[en] və Norman Koli[en] 1895-ci ildə fəth etməyə cəhd edib. Ancaq bu cəhd qar uçqunu nəticəsində Mammeri və Raghobir Thampa və Goman Singh adlı iki Gurkha[en]nın ölümü ilə nəticələndi və zirvə fəth edilə bilmədi.
İlk dəfə olaraq uğurlu birinci səkkizminliyi fəth etmə cəhdi Moris Ersoq və Lui Laşenalın 3 iyun 1950-ci ildə Annapurna zirvəsinin fəth etməsi oldu.
Hündürlüyü 8000 metrdən çox olan 14 zirvənin hamısını fəth etmiş birinci şəxs Raynhold Messner olub. O bu tapşırığın öhdəsindən 16 oktyabr 1986-cı ildə gəldi. 1 il sonra 1987-ci ildə Eji Kukuçka 14 hündürlüyü 8000 metrdən çox olan bütün zirvələri fəth edən ikinci şəxs oldu. Messner 14 zirvənin hər birini oksigen balonu olmadan fəth edib. Bu nailiyyət 9 il sonra 1995-ci ildə Erhard Loretan tərəfindən təkrarlandı. Nepallı Furba Taşi 1998–2011-ci illər arasında səkkizminlik zirvələri ən çox fəth etmiş şəxs kimi tarixə düşüb.[1] O bu tapşırığın öhdəsindən 30 dəfə gəlib. Xuanito Oiarzabal 1985–2011-ci illərdə 8000 metrdən hündür zirvələri 25 defə fəth etməklə Furba Taşidən sonra ikinci yerdədir.[2]
14 hündürlüyü səkkizmindən yüksək olan zirvələri fəth etmiş alpinstlərin çoxu İtaliya, Cənubi Koreya (5 alpinst) və İspaniyadandır (4 alpinst). Qazaxıstan və Polşadan isə Himalay zirvəsini fəth etmiş 3 alpinst var. Bütün 14 səkkizminlik zirvələrin hamısını fəth etmiş ilk qadın isə Cənubi Koreyadan olan O In Sondur. O bu nailiyyətini 27 aprel 2010-cu ildə Annapurna zirvəsini fəth etməklə qazanıb.[3] Ancaq onun Kançencaqra zirvəsini fəth etməsi iddiası bir çox ekspertlər tərəfindən şübhə ilə qarşılanıb. O In Sun sonralar qəbul etdi ki, o Kançencaqra zirvəsinin bir neçə metr aşağısında dayanıb. Ona görə də, Koreya Alpinst Federasiyası O In Sunun bu zirvəni fəth etmədiyi haqqında qərar çıxarıb.[4] Bundan sonra məşhur alpinizm saytı ExplorersWeb bütün 14 zirvəni fəth etmiş ilk qadın kimi Edurne Pasaban[en]ı hesab edib.[5]
2011-ci ilin avqustunda Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.[6][7]