Səfəvi imperiyasının ordusu
From Wikipedia, the free encyclopedia
Səfəvi imperiyasının ordusu — 1501–1736-cı illərdə mövcud olmuş Səfəvi dövlətinin ordusu. Səfəvi imperiyasının ordusunun təməli dövlətin yaradılmasından daha əvvəlki dövrdə qoyulmuşdur. Səfəvi ordeni zamanından mövcud olan müəyyən ordu sistemi dövlətin yaradılması uğrunda mübarizənin başladılması, dövlətin yaradılması, möhkəmlənməsi, genişlənməsi ilə paralel formada təkmilləşmişdir. Səfəvi ordusunda əsaslı islahat Şah I Abbasın adı ilə bağlıdır. Onun ordudakı islahatlarının əsas məqsədi qızılbaş əmirlərinin özbaşınalıqlarının qarşını almaq, vahid mərkəzdən idarə olunan güclü ordu yaratmaq və itirilmiş torpaqları geri qaytarmaq idi.
Cəld faktlar Qurulub, Cari forma ...
Səfəvi imperiyası Silahlı Qüvvələri | |
---|---|
Qurulub | 1501 |
Cari forma | 1736 |
Daxildir |
Qızılbaşlar Qorçular Qulamlar Topçular Tüfəngçilər |
Qərargah |
Təbriz Qəzvin İsfahan |
Əlaqədar məqalələr | |
Rütbələr |
Xan Sultan Bəy Minbaşı Yüzbaşı Onbaşı |
Bağla