Səddam Hüseyn
From Wikipedia, the free encyclopedia
Səddam Hüseyn (ərəb. صدام حسين عبد المجيد التكريتي), Səddam Hüseyn Əbdülməcid ət-Tikriti; (28 aprel 1937[1][2][…], Əl-Аudcа, Səlahəddin mühafəzəsi, İraq krallığı[d] – 30 dekabr 2006[3][1][…], Kazımiyyə[d], Bağdad) — İraq dövlət və siyasi xadimi, İraqın 5-ci prezidenti (1979–2005), 11-ci və 15-ci baş naziri (1979–1991 və 1994–2005), 1979-cu ildən Bəəs partiyasının İraq bölməsinin rəhbəri və İnqilabi komandanlıq şurasının sədri (1968–1979-cu illərdə sədr müavini), marşal (1979).
Səddam Hüseyn | |
---|---|
ərəb. صدام حسين عبد المجيد التكريتي | |
İraqın 5-ci prezidenti | |
16 iyul 1979 – 9 aprel 2003 | |
Əvvəlki | Əhməd Həsən əl-Bəkr |
Sonrakı | Cəlal Talabani |
İraqın 15-ci baş naziri | |
30 may 1994 – 9 aprel 2003 | |
Əvvəlki | Əhməd Hüseyn əs-Samarrayi |
Sonrakı | İbrahim əl-Cəfəri (2005-dən) |
İraqın 11-ci baş naziri | |
16 iyul 1979 – 23 mart 1991 | |
Əvvəlki | Əhməd Həsən əl-Bəkr |
Sonrakı | Sədun Həmmadi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 28 aprel 1937(1937-04-28)[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 30 dekabr 2006(2006-12-30)[3][1][…] (69 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Edam olunub |
Dəfn yeri | |
Partiya | Bəəs (1957-dən) |
Təhsili |
1) Qahirə Universiteti 2) "Müntəziriyə" Universiteti |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, yazıçı, roman yazıçısı |
Atası | Hüseyn ət-Tikriti |
Anası | Səbha Tulfa |
Həyat yoldaşları |
1) Sacidə Talfa 2) Samirə Şahbəndər 3) Nidal əl-Həmdani 4) Vəfa əl-Molla əl-Huveyş |
Uşaqları |
1-ci evlilikdən: oğlanları: Udey, Qusey qızları: Rağad, Rəna, Hala 2-ci evlilikdən: oğlu: Əli |
Dini | İslam |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | marşal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən "Səhrada tufan" əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi.
2003-cü ildə ABŞ və Böyük Britaniyanın rəhbərliyi altındakı çoxmillətli koalisiya qoşunlarının İraqı işğal etməsi nəticəsində hakimiyyətdən devrilmiş, həmin il dekabrın 13 — də Tikritdə həbs olunmuş və İraq məhkəməsinin 2006-cı il 5 noyabr tarixli qərarı ilə ölümə məhkum edilmişdir.2006-cı il dekabrın 30-da İraq Ali Məhkəməsinin qərarına əsasən insanlıq suçundan asılaraq edam edilmişdir.[4]