Səadat Həsən Manto
From Wikipedia, the free encyclopedia
Səadət Həsən Manto (urd dilində سعادت حسن منٹو, ingiliscə Saadat Hasan Manto; d. 11 may, 1912-ci il, Sambrala, Britaniya Hindistanı — ö.18 yanvar, 1955-ci il, Lahor, Pakistan) — Hind-Pakistan jurnalisti, dramaturqu, ssenaristi, tərcüməçi və rəssamı. Milliyyətcə kəşmirlidir. Bir povest, 22 hekayələr toplusu, 5 radiopyesin, 3 esse toplusunun, bir sıra məqalə və kinossenarilərin və 2 eskiz albomunun müəllifidir. Yazıçının məşhur hekayələri "Yeni qanun", "Səs", "Təhqir", "Mozel", "Qoxu", "Soyuq ət", "Tobatek Sinq" və b. əsərlərdir. Urdu dilində yazıb. 6 dəfə ədəbsizlikdə ittiham olunubː 3 dəfə Birtaniya Hindistanınıda, 3 dəfə də Pakistanda. Hər dəfəsində də bəraət alıb. Pakistanın ali dövlət mükafatı - Nişan-e İmtiyaz ilə təltif olunub.[3]
Səadat Həsən Manto | |
---|---|
Doğum tarixi | 11 may 1912(1912-05-11)[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 18 yanvar 1955(1955-01-18)[1][2] (42 yaşında) |
Vəfat səbəbi | qaraciyər sirrozu |
Dəfn yeri | |
Fəaliyyəti | ssenarist, jurnalist, tərcüməçi, yazıçı, hekayə yazıçısı[d] |
Fəaliyyət illəri | 1934–18 yanvar 1955 |
Əsərlərinin dili | Urdu dili |
Mükafatları |