From Wikipedia, the free encyclopedia
Süruri və ya Süruriyi-Şərqi, Süruriyi-Əcəm (XV əsr, Ağqoyunlu dövləti – 1520) — XV əsrin sonu və XVI əsrin əvəllərində yaşamış Azərbaycan şairi. Nəsiminin ardıcılı olan Süruri hürufiliyi təbliğ edən bir çox şeirin müəllifidir.
Süruri | |
---|---|
Doğum tarixi | XV əsr |
Doğum yeri | |
Vəfat tarixi | 1520 |
Fəaliyyəti | şair |
Süruri Vikimənbədə |
Süruri XV əsrin sonunda Ağqoyunlular dövlətinin ərazisində dünyaya gəlib. Əsasən Təbrizdə fəaliyyət göstərən o, 1515-ci ildə şəhər Osmanlılar tərəfindən işğal edildikdən sonra digər yazıçı və alimlər kimi Osmanlı İmperiyasına aparılıb. Ömrünün son günlərinə qədər burada yaşayıb, 1520-ci ildə dünyasını dəyişib.
Əsasən Azərbaycan türkcəsində yazıb-yaradan Süruri Nəsimi ədəbi məktəbinin davamçısı olub. Hürufiliyi təbliğ edən şair Şah İsmayıl Xətai hakimiyyətə gəldikdən sonra daha rahat fəaliyyət göstərib.[1]
Sürurinin 192 səhifəlik əlyazma divanı Fərid Ələkbərli tərəfindən 2013-cü ildə Vatikanın Apostol Kitabxanasında aşkarlanaraq Azərbaycana gətirilib və Əlyazmalar İnstitutuna təhvil verilib.
Yaşadığı dövrdə "Süruri" təxəllüsündan istifadə edən bir neçə şair olduğuna görə onu fərqləndirmək üçün "Süruriyi-Şərqi", "Süruriyi-Əcəm" adlandırıblar. Vatikanın Apostol Kitabxanasında və Peterburq Universitetinin məcmuəsində şair "Süruriyi-Əcəm" kimi qeyd olunub.[2]
Süruri yaradıcılığı əsasən hürufiliyə həsr olunmuş əsərlərdən ibarət olsa da, onun məhəbbət mövzusunda yazılmış qəzəlləridə vardır. 2013-cü ildə bəzi Azərbaycan əlyazmalarının surətləri Fərid Ələkbərli tərəfindən Vatikandan Bakıya gətirilmiş və Əlyazmalar İnstitutuna təhvil verilmişdir.[3][4]Sürurinin "Divan"ı əldə olunan mənbələrin ən qiymətlisidir. Onun bu "Divan"ı indiyə qədər tədqiq və nəşr olunmamışdır. AMEA Əlyazmalar institutunun elmi işlər üzrə direktor müavini Paşa Kərimov Süruri divanının Süleymaniyyə və Manisa nüsxələrini tapıb Azərbaycana gətirmişdir. P. Kərimovun sözlərinə görə, nüsxələrdəki şeirlər Nəsiminin dilinə yaxın dildədir: "Süruri Nəsimi ənənələrini davam etdirən, Fəzlullah Nəimiyə Tanrı səviyyəsində sitayiş etdiyini bildirən şair olub. Sürurinin ədəbi irsinin ortaya çıxarılıb tədqiq edilməsini müəyyən mənada ədəbiyyat tariximizdə Nəsimi ilə Füzuli arasındakı boşluğun doldurulması kimi də mənalandırmaq olar". Alim bildirib ki, Sürurinin İstanbulun Süleymaniyyə kitabxanasında saxlanılan divanı 26 vərəqə köçürülüb və 667 beytdən ibarətdir: "Buraya 90 qəzəl, 3 mürəbbe daxildir. Bu nüsxədə onun hürufiliyə olan marağı daha aşkar görünür. Bu nüsxədə Fəzlullahın adı hürufilərin özünəməxsus qrafik işarəsi ilə verilib. Manisa nüsxəsi isə məcmuədir, buraya Sürurinin Azərbaycan türkcəsindəki şeirləri ilə bərabər, Nəsimi və Nur Seyid Əli adlı şairin farsca şeirləri də daxil edilib. Əlyazmada hətta katib qeydi də var. Buradan məlum olur ki, Süruri divanının Manisa nüsxəsi hicri təqvimlə 978, miladi təqvimlə 1570-ci ildə Hələb şəhərində Bayram Baba adlı şeyxin dərgahında Dərviş Mustafa adlı katib tərəfindən köçürülüb. Bu əlyazmanı köçürənlər və yayanlar da hürufilərdir. Bu əlyazmadakı Süruri divanının digər nüsxələrində rast gəlmədiyimiz bir sıra şeirlər, o cümlədən Şah İsmayıl Xətaiyə həsr edilmiş mürəbbe böyük maraq doğurur".
P. Kərimov həmçinin qeyd edib ki, hazırda "Divan"ın nüsxələrinin əldə olan variantı üzərində iş gedir. Türkiyə və Vatikan kitabxanalarından əldə olunmuş əlyazma materialları əsasında Azərbaycan şairi Sürurinin əsərləri filologiya elmləri doktoru Paşa Kərimov tərəfindən araşdırılır və "Süruri. Divan" kitabı çapa hazırlanır.[5]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.