Sürütlənmə qüvvəsi
From Wikipedia, the free encyclopedia
Sürütlənmə[1] Hidroaeromexanikada bir mayenin daxilində olan cismin hərəkətinə göstərilən müqavimətdir. Sürütlənmə İngilis dilində olan "Drag" sözünə istinadən "D" hərfi ilə göstərilir.
Bir qaz və ya maye içində hərəkət edən qatı bir cisim üçün sürütlənmə, daxilində olduğu mayenin axını (paralel) istiqamətində aerodinamik və ya hidrodinamik qüvvələrin cəmidir. Bu istiqamətə dik olan qüvvələr daşıyıcı qüvvələr adlandırılır. Buna görə sürütlənmə istiqaməti həmişə cismin hərəkət istiqamətinə ziddir. Bir mühərrik və ya başqa bir qüvvə aləti ilə təchiz olunmuş nəqliyyat vasitələrində bu qüvvə itələmə qüvvəsi tərəfindən dəf edilir və bu da nəqliyyat vasitəsinin hərəkətinə imkan verir.