From Wikipedia, the free encyclopedia
Sümük xəstəliyi — Əsasən D vitamini çatışmazlığı nəticəsində yaranan xəstəliklərdir. Son dövrlər daha da aktuallaşmışdır. Aşağıdakı növlərinə rast gəlinir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Skolioz (yun. σκολιός–"əyri", lat. scoliōsis)–onurğa sütununun əyriliyi. Skolioz xəstəliyi xüsusən gənc və yeniyetmə yaşlarında özünü daha qabarıq büruzə verdiyindən bəzən insanlarda kompleks halına gəlir. Əyriliklər əsasən bel və döş nahiyələrində müşahidə olunur. Xəstəliyin proqressiv inkişafi onurğa sütununun və döş qəfəsinin nəzərə çarpacaq dərəcədə deformasiyasina gətirib çıxarır. Bu isə inkişaf edən orqanizmdə bir sıra orqan və sistemlərin patoloji dəyişikliklərinə səbəb olur. Skolioz xəstəliyinin (əyilmə bucağı 10 dərəcədən artıq) ümumi yayılma tezliyi 2–3%, 6–14 -yaşlı uşaqlar arasında 0,5%, 12–14 yaşlı yeniyetmələr arasında isə 1,2% təşkil edir. Yeniyetməlik dövrünün idiopatik skoliozu ən çox 10–14 yaş dövründə təsadüf edir. Xəstəlik oğlan uşaqlarına nisbətən qız uşaqlarında daha çox müşahidə olunur. İdiopatik skolioz adı bu günə qədər xəstəliyin əmələ gəlmə səbəbinin məlum olmamasına görə verilmişdir
Simptomlar Bu xəstəlik zamanı əksər uşaqların heç bir şikayəti olmadığına görə, xəstəlik əsasən nəzərəçarpacaq deformasiya olduqda aşkar edilir. Xarici görünüşə görə aşağıdakı əlamətlərə diqqət yetirmək lazımdır:
Rentgenoqrammalara əsasən həkimlər skoliotik deformasiyaları dərəcələrlə ifadə edirlər. Buna əsasən skoliozu 4 dərəcəyə bölürlər:
Yeniyetməlik idiopatik skoliozunda onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin proressivləşməsini vaxtında aşkar etmək mümkündür.
Növləri:
İdiopatik skolioz
qədər olan uşaqlar.
Anadangəlmə skolioz
Neyromuskulyar skolioz
Neyrofibroma səbəbli skolioz
Şiş, artrit, infeksion xəstəliklər, maddələr mübadil
əsinin pozulması və s. səbəblərdən yaranan skoliozlar.
əyilmə istiqamətinə görə növləri:
Torakal skolioz zamanı 90% halda sağ tərəfə əyilmə baş verir. Lumbal skolioz zamanı 70% halda sol tərəfə əyilmə baş verir. Torako-lumbal skolioz zamanı 80% halda sağ tərəfə əyilmə baş verir. Kombinə olunmuş skolioz zamanı hər iki-sağ və sol tərəfələrə əyilmə baş verir.
Müalicə
əsasən iki üsuldan ibarətdir: konservativ üsul, cərrahi üsul. əksər hallarda (təqribən 90%) skoliozu xüsusi müalicə etməyə ehtiyac olmur, yalnız profilaktika kifayət edir.
Onurğa sütunu 20°-dən az əyilərsə xəstəliyinso gedişatından yalnız profilaktika aparmaq kifayət edir. Xüsusi müalicəyə ehtiyac olmur, 6 ayda bir dəfə və ya ildə bir dəfə yalnız rentgen müayinəsi edərək vəziyyətə nəzarət etmək lazımdır.
Korset
Onurğa sütunu təqribən 20–40° əyilərsə korset geyinmək lazımdır. Korseti sümük sisteminin inkişaf dövrü bitənə qədər təqribən 15–16 yaşına qədər geyinmək olar. Korsetin funksiyası skoliozun daha da kəskinləşməsinin qarşısını almaq və ya onu müəyyən həddə saxlamaqdır. Korsetlə skoliozu düzəltmək qeyri-mümkündür. Yəni, əgər onurğa sütununun 30°-li əyilməsi vəziyyətində korset geyilərsə, əyilmiş bucağın dərəcəsi heç də 20° və ya 10° azalmır, korsetdən sadəcə 30°-dən də çox əyilmənin qarşısını almaq məqsədilə istifadə olunur. Korsetdən istifadə edərkən skoliozun dərəcəsinin 30°-dən 20°-ə qədər azalması qeyd edilə bilər. Lakin bu, korsetdən istifadə edilən müddətdə belə görünür. əgər korsetdən istifadə dayandırılarsa, 1–2 ildən sonra onurğa sütunu öz əvvəlki vəziyyətinə qayıdır.
Cərrahi Üsul
Onurğa sütunu təqribən 40–50° əyilərsə orqanizmin inkişaf səviyyəsindən asılı olaraq cərrahi əməliyyata da ehtiyac duyula bilər. Cərrahi əməliyyat kiçik yaşlı uşaqlarda və orqanizm hələ inkişaf etdikdə aparılır. Lakin orqanizmin inkişafı dayanarsa (15–16 yaşdan çox), cərrahi əməliyyata ehtiyac yoxdur. Onurğa sütununda əyilmə 50°-dən çox olan halda cərrahi müdaxiləyə ehtiyac var. Bel nahiyəsinde əyilmə 50°-dən çox olanda, orqanizmin inkişafı dayanaraq artıq yetkinləşərsə də, davamlı olaraq onurğa sütununun bel hissəsində əyilmə gedə bildiyinə görə onurğa sütunu cərrahi yolla düzəldilməlidir. Skoliozun cərrahi müalicəsindən sonra, belin hərəkəti qeyri-təbii olur. Buna görə də 50°-dən çox olan skolioz zamanı belə, proses kəskin olmazsa, cərrahi əməliyyat məsləhət görülmür.əyilmiş beli diametri təqribən 7mm olan mil vasitəsilə düzəldirlər. həmin mil xüsusi səbəb olmadan bədəndən çıxarılmır. Mil vasitəsilə onurğa sütunu düzəldilir, sümük transplantasiyası ilə onurğa sütununun uzanmasının qarşısı alınır. Cərrahi üsulla müalicədən sonra onurğa sütununda təxminən 60–70% düzəlmə qeyd edilir. Lakin cərrahi əməliyyat olunmaq o demək deyil ki , tamamilə normal, düz onurğa sütunu əldə etmək olur. Yəni, əgər 50°-li skolioz cərrahi əməliyyat edilibsə, onurğa sütunun da təqribən 60–70% düzəlmə olur və bu da təqribən 30° təşkil edir. Qalan təqribən 15°-20° isə düzəlmir və davamlı olaraq öz əyilmiş vəziyyətində qalır. Az yaşlı orqanizmdə və əyilmə dərəcəsi kəskinolmayan pasientlərdə əməliyyatla yaxşı effekt əldə olunur. Lakin pasientin yaşı çox və proses kəskin olarsa əməliyyatla az effekt əldə olunur.
Statistik Göstəricilər
Sümüklərin deformasiyası vaxtında əməliyyat yaxud müalicə olunmazsa bu əyrilik get-gedə daha qabarıq özünü göstərməyə başlayır.
Kifoz insanın onurğasında baş verən qeyri-normal əyriliklərdən biri – onurğanın döş nahiyəsindən önə doğru əyilməsi. Kifozun əlamətləri: Donqar durmaq, yüngül kürək ağrılar, onurğada tutulmalar və ya ağrı, yorğunluq
Kifozun təyini:
önə əyilmə testi vasitəsilə kifozu təyin etmək mümkündür. Önə əyildildən sonra yandan onurğaya baxılır. əgər kifoz vatsa kürəyin üst hissəsi şiş görünür. Eyni zamanda rentgen vasitəsilə də kifozu təyin etmək və onun dərəcəsinidə öyrənmək olar.
Müalicə
əyrilik dərəcəsi 50° və ya daha çox olan uşaqlarda böyümə ilə əlaqədar bu dərəcə arta bilər. Ağrı ortaya çıxdıqda ağrı kəsicilərdən istifadə oluna bilər. Bu zaman xəstələr çox hərəkət etməməlidirlər. Uşaqlarda korset müalicəsi ilə xəstəliyin irəliləməsinin önünə keçilir. Böyümə periyodunun sonuna qədər korset müalicəsinə davam edilir. əgər əyrilik 75°-dən çox olarsa cərrahi müalicədən istifadə olunur. Cərrahi əməliyyat vasitəsilə əyrilik tamamilə düzələ bilir.
Lordoz Onurğa sütununun Deformasiyası nəticəsində yaranır. Onurğa boyun, kürək və bel hissəsində başın ağırlığını dəstəkləmək və şok zərbələrini əmmək üçün təbii olaraq qıvrımlara sahibdir. Lordoz bel yəni lumbal bölgədəki təbii qövs normalın üzerində olduğunda yaranır. Bu vəziyyət onurğada həddindən artıq təzyiqə səbəb olub ağrılara yol açır. Lordozu olan insanlarda ümumiyyətlə beldə görnən şəkildə bir qövs olur. Onlara yandan baxdıqda bel C şəklində görünür. Lordozun olub-olmadığını yoxlamaq üçün ən asan yol sərt bir yerə kürəyi üstə yatmaq. əlinizi sıx bir şəkildə belinizin altına sürüşdürməniz lazımdır. əgər lordozunuz varsa əlinizlə beliniz arasında əlavə boşluq olacaq.
SəbəbləriLordoz əsasən uşaqlıqda hər hansı səbəb olmadan yaranır. Pis duruş, köklük, osteoparoz, kifoz və.s
Müalicə
Lordotik əyrilik önə doğru əyildikdə öz-özünə düzəlirsə müalicə olunmur. Ancaq önə doğru eyildikdə lordotik əyrilik davam edirsə müalicə olunmalıdır.
Eyni zamanda bunlardan hansısa baş verərsə müalicə olunmalıdır: Ağrı, əzələ spazmları, üyüşmə, bağırsaqlarla əlaqədar problemlər. Lordoz müalicəsi əyriliyin şiddətindən asılıdır. Müalicə seçimləri arasında bunlar vardır:
Osteoparoz(yunanca: osteo — sümük, poros — dəlik deməkdir) skeletin metabolik xəstəliyi olub, sümük toxumasının zədələnməsi, sümüklərin deformasiyası və sınığı ilə nəticələnən xəstəlikdir. Sümük toxumasının həcminin azalması ilə müşayiət olunur. Bunun nəticəsində xəstəlik zamanı sümüklər daha kövrək olurlar. Osteoparoz çox geniş yalılmış bir xəstəlik olub, xüsusilə qadınlarda menopauza dövründə rast gəlinir. Bunun səbəbi klimaksın başlaması ilə qadınların əksəriyyətinin orqanizmində kalsium mübadiləsinin pozulmasıdır. Məsələ burasındadır ki, qadın cinsi hormonları olan estrogenlər digər təsirlərindən savayı, sümük toxumasının sıxlığına və möhkəmliyinə də təsir edir. Yaş artımı ilə əlaqədar olaraq qanda estogenlərin miqdarı azaldığı üçün sümüklər nisbətən kövrək olurlar. Bu isə gələcəkdə bədən formasının dəyişməsinə səbəb olur (qadının beli əyilir və s.), sınaqların baş verməsi təhlükəsini artırır. Osteoparoz prosesinə onurğa sütunu daha çox məruz qalır. Fəqərələrdə çoxlu sayda kiçicik sınıqlar əmələ gəlir. Daxilindən zədələnməyə məruz qalmış fəqərə onurğa sütununa olan təzyiqə davam gətirməyərək sınır. Onurğa sütununun bu dəyişikliyə uğraması tədricən boyun qısalmasına və onurğanın əyilməsinə səbəb olur. Onurğa sütununun əyilməsi nəticəsində daxili orqanların fəaliyyəti də pisləşir. Belə ki, bu zaman tənəffüsün çətinləşməsi, onurğa beynindən çıxaraq qabırğaların arası ilə gedən sinirlərin sıxılmasaı nəticəsində belin aşağı hissəsində və ürək nahiyəsində baş verən ağrılar, mədə-bağırsaq sisteminin pozulması və digər bu kimi əlamətlər yaşanmış olur. Osteoparoz zamanı yaşlı qadınlarda baş verən sınıqlar arasında daha çox təsadüf edilən və daha qorxulu olanı — bud sümüyü boynunun sınaqlarıdır.
Yaranma səbəbi
Osteoparoza və osteoprniyaya yol açan bir sıra hallar vardır:
Risk faktorları
əfsuslar olsun ki, Heç bir insan osteoparoz xəstəliyindən sğortalanmayıb. Mütəxəssislər osteoparoz xəstəliyinə meyilli olan insanların 3 risk qrupunu ayırd edirlər. Bu qrup insanlar vaxtında həkimə müraciət edib müayinədən keçməli və müalicə olunmalıdırlar.
Osteoparozun əlamətləri
Osteoparozu həm də lal epidemiya adlandırırlar. Ona görə ki, əksər hallarda xəstəlik özünü heç bir əlmətlə büruzə vermir. Lakin bir sıra əlamətlər vardır ki, onlar dolayı yolla osteoparoz xəstəliyinnin olmasına işarə edə bilər:
Ancaq əksər hallarda insanlar bu əlamətlərə fikir verməyərək, onları digər səbəblərlə ələlaqələndirirlər. Buna görə də həkimlər yaşı 50-yə çatmış qadın və kişilərə, həmçinin risk qrupuna daxil olanlara (uşaqlığı yumurtalıqlarla birlikdə xaric edilən qadınlar, aktiv şəkildə siqaret çəkənlər, yaxın qohumlarında bud sümüyünün sınığı təsadüf edilən insanlar və s.) profilaktik olaraq sümüklərin mineral sıxlığının müayinəsindən keçmək məsləhət görülür. Bu məqsədlə xüsusi müayinə olan sümük densitometriyasından istifadə olunur!
Diaqnoz
Osteoparoz diaqnozu sümük mineral sıxlıq ölçümü ilə qoyulur, qısa vaxt alan ağrısız ölçümdür. Sümük densitometriyası vasitəsilə müayinə olunur. Sümük mineral sıxlığına görə şəxs 3 kateqoriyadan birinə aid edilir: Normal, aşağı sümük kütləsi (osteopeniya) və osteoparoz. Sümük mineral sıxlığı nə qədər aşağıdırsa sınıq riskinin o qədər yüksək olduğu qəbul edilir.
Profilaktikası
Statistik Göstəricilər
Raxit Uşaq xəstəliyi olub 2 aylıqdan başlayaraq 3 yaşa qədər təsadüf edilir. Əsasən raxitin yaranma səbəbləri bunlardır: Qeyri-düzgün qidalanma, D vitamini çatışmazlığı, ultrabənövşəyi şüaların kifayət olunmaması, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, qəbul edilən qidaların tərkibində lazımı qədər mikroelementlərin, kalsium, fosfor, maqnezyum və dəmirin olmaması.
Kalsium və fosforun orqanizmə kifayət qədər daxil olmaması uşaqlarda inkişafın zəifləməsinə səbəb olur. D vitamini streoid birləşmədir, 2 formada D2 (erqokalsiferol) və D3 (xolekalsiferol) mövcuddur ki, onlarda quruluşuna, fiziki-kimyəvi xüsusiyyətlərinə görə insan orqanizminə çox yaxındır. Raxit əlbəttə keçib gedəcək, ancaq vaxtında və düzgün müalicə olunmadığı halda uşaq orqanizmi ağır fəsadlar görə bilər.
İlkin əlamətləri
Uşaq 2–3 aylıqdaykən ilk əlamətlər görünür
Bunlar xəstəliyin ilk əlamətləridir. Xəstəliyin sonrakı inkişafı daxili orqanların funksiyasının pozulması, sümük və skletin defomasiyası, o cümlədən auşağın psixomotor və nevroloji inkişafdan qalmasına səbəb olur.
Diaqnoz
Çətinlik törətmir. Kilinik əlamətləri labarator və rentgenoloji göstəricilərlə dəsdəklənir. Ağırlığından asılı olaraq ||| dərəcəsi ayırd olunur:
Xəstəliyin qızğın dövründə sinir sistemində tormozlaşma, sümük sistemində dəyişikliklər, kəllə sümükləri, döş qəfəsi ətrafları sümüklərində dəyişikliklər ortaya çıxır.||| mərhələdəki sümük dəyişikliklər ||| dərəcə defomasiya əmələ gətirir. Daxili orqanların funksiyaları, statik funksiyaları pozulur, əzələ hipotoniyası, anemiya prosesə qoşulur. ||' ||| mərhələdə dalaq və qaraciyər azca böyüyür. Rentgenoqrammada sümüklərin konturları bulanıqdır. Borulu sümükləri epifizləri qədəhşəkilli, metofizləri kənarları haşiyələnmişdir.
Yarımkəkin gediş prosesin yavaş inkişafı ilə xarakterizə olunur. Çox vaxt 6–9 aylıq hipotrofiyalı uşaqlarda rast gəlinir. Sümüklərin yumşalması nisbətən az nəzərə çarpır.
Borulu sümüklərin epifizlərin qalınlaşması, osteoid hiperplaziyası ostomalyasiya nisbətən üstünlük təşkil edir, qabırğalarda "raxitik təsbeh" əmələ gəlir. Proses yayda sakitləşir, qışda kəskinləşir.
Gec ortaya çıxan raxitə az hallarda rast gəlinir, 4 yaşdan sonra ortaya çıxır.
Müalicə
Düzgün razional qidalanma, günəşli hava, masaj, gimnastika. D vitamin pereparatları təyin olunur. UŞB terapiya başlanğıc dövrdə və erkən yaşlı uşaqlarda yaxşı effekt verir. Vaxtında müalicə olunmadıqda uşaqlarda onurğa sütununun, döş qəfəsinin, ayaqların defomasiyası, yastıpəncəlik, əzələ və oynaq zəifliyi və digər patoloji hallar qeyd oluna bilər. Müalicə olunmayan raxit süd və digər dişlərin zədələnməsinə, məktəb yaşlarında isə yaxındangörməyə (göz dibi əzələləri zəiflədiyi üçün) də səbəb olur. Bundan başqa raxitli uşaqlar soyuqsoyuqdəymə, angina, bronxit və digər infeksiyalara daha tez-tez yoluxurlar.
Statistik Göstəricilər
Statistikaya görə, 2011-ci ildə 11 min 813 uşaq xəstələnibsə, bu rəqəm 2012-ci ildə 11 min 636, 2013-xü ildə isə 11 min 875 nəfər təşkil edib. əslində, son bir neçə ilin statistikasında elə bir dəyişiklik olmasa da, xəstəliklə mübarizə aparmadıqda ağır fəsadlara gətirib çıxara bilər.
Olduqca çox yayılmış fəqərə sütunu xəstəliyidir. Hazırkı dövrdə müxtəlif dərəcəli
osteoxondroz insanların əksəriyyətində qeyd olunur. Bu hal təəccüblü deyil — müasir insan çox az hərəkət edir. Həkimlər təəssüflə qeyd edirlər ki, bu xəstələr tibbi yardım üçün çox gec müraciət edirlər — xəstəlik o qədər inkişaf edir ki, hətta cərrahi əməliyyat tələb olunur. Xalq arasında bu xəstəliyə "duzların yığılması" deyirlər. Lakin bu prosesin adi duzla heç bir əlaqəsi yoxdur. Fəqərəarası diskin jeleyəbənzər nüvəsinin amortizasiya funksiyasını itirməsi, dikin özünün isə nazilərək tədricən dağılması prosesləri osteoxondroz xəstəliyiinin əsasını təşkil edir. Osteoxondroz zamanı onurğa sütunu fəqərələri arasında olan qığırdaq zədələnir. Qığırdaq amortizasiya funksiyasını yerinə yetirir — qığırdaq fəqərələrə bir birini sıxmaq və sürtmək imkanı vermir. Qığırdaq zədələndikdə və daha sonra dağıldıqda fəqərələr bir birini sıxmağa başlayır, onların arasından keçən qan damarları və sinirlər sıxılır və bu müxtəlif pozulmalara səbəb olur. Fəqərəarası diskin jeleyəbənzər nüvəsinin amortizasiya funksiyasını itirməsi, disqin özünün isə nazilərək tədricən dağılması prosesləri osteoxondroz xəstəliyinin əsasını təşkil edir. Osteoxondrozun inkişafı ilə bu proseslər də dərinləşir və hətta fəqərələrin özü də deformasiyaya uğrayır. Çox vaxt bu xəstəliyi başqa xəstəliklərlə səhv salırlar.
Yaranma səbəbi
Xəstəlik maddələr mübadiləsinin pozulması və qığırdaq toxumalarının yeyilməsi nəticəsində yaranır. Hava şəraiti, qida, su bu xəstəliyi əmələ gətirən ilkin səbəblərdəndir. Osteoxondrozun əmələ gəlməsinə müxtəlif xəstəliklər də səbəb ola bilər. Qrip, mədəaltı vəz və ya qaraciyər xəstəlikləri zamanı sümükdə mineralların nisbəti pozulur və qığırdaqda yeyilmə başlayır. Osteoxondrozun inkişafına bu kimi amillər təkan verir:
əlamətləri
Ağrı osteoxondrozun əsas əlamətidir. Bu ağrı bəzən çox əziyyətverici, uzunmüddətli (günlərlə və aylarla davam edən) olur, çətinliklə aradan qaldırılır.
Boyun osteoxondrozu zamanı: Baş ağrıları, başgicəllənmə, sinə, boyun, qol ağrıları. Döş nahiyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salınır. Əllərin hətta dilin keyləşməsi və soyuq olması, səsin yoğunlaşması, qulaqlarda küy, daim yorğunluq hissi, görmə və eşitmənin pisləşməsi, yuxusuzluq.
Fəqərə sütununun döş hissəsinin osteoxondrozu: Ürək, qaraciyər, mədə hissəsində ağrılar, bəzən cinsi zəiflik.;
Bel osteoxondrozu: Bel nahiyəsində və aşağı ətraflarda güclü ağrılar, ayağın keyiməsi, soyuması, arıqlama.
Müalicə
Orqanizmdə ən çətin bərpa olunan toxuma büllur və qığırdaq toxumasıdır. Xəstədə renisiya, yəni yüngülleşmə dövrü yaratmaq və xəstəliyin inkişafının qarşısını almaq mümkündür. Toxumanı bərpa etməkdən ötrü həmin nahiyyədə qan dövranı yaxşılaşdırılmalıdır. Bunun üçün müalicə zamanı klassik üsulla yanaşı təbii bitkilərdən, heyvan orqanizmində alınan məssullardan, eyni zamanda efizioterapiyadan, masaj və vakum aparatlarından istifadə olunur. Osteoxondroz uzun illər ərzində inkişaf edir. Hal hazırda bu pozulmanı tam müalicə etmək mümkün deyil. Lakin müəyyən müalicə və proflaktik vasitələri köməyi ilə bu pozulmanın inkişafını ləngitmək və xəstəni osteoxondrozla bağlı olan ağrılar və digər pozulmalardan xilas etmək mümkündür. Osteoxondrozun kəskin dövrlərində (əsasən döş və bel osteoxondrozu zamanı) xəstəyə yataq rejmi təyin edilir. Xəstə düz və bərk yerdə uzanmalıdır. Müalicə zamanı müxtəlif korsetlərdən (boyun, bel və s.) istifadə olunur. Ağrıların və iltihabın azalması üçün xüsusi peraparatlar (deklofenak, ibuprofen, indometasin və s.) təyin olunur. Həmçinin spazmolitik perapatlar, B qrupu vitaminləri, nikotin turşusu, qığırdağın qidalanmasını yaxşılaşdıran preparatlar və s. təyin olunur. Zəli ilə müalicənin də faydası var. Müalicə zamanı türkəçarədən o qədər də istifadə olunmur. Yalnız zəli ilə müalicə faydalıdır. Son illər yayılan ozonoterapeya qanda həm laxtalanmanı, həm də təzyiqi normallaşdırır, bütün toxumaların qanla təminatını yaxşılaşdırır. Boyun osteoxondrozu zamanı xəstəyə beyin və qan dövranı yaxşılaşdıan preparatlar təyin olunur. Çox ağır, müalicəsiz buraxılmış hallarda və həmçinin onurğa beyini sıxılması zamanı cərrahiyyə müalicəsi tətbiq olunur. Osteoxondrozun müalicəsi ilə vertebroloqlar məşğul olur. Bu həkimlər məhz onurğa sütunu xəstəliklərinin müalicəsində ixtisaslaşmış mütəxəssislərdir. Lakin belə həkimlər hələki azdır. Vertebroloqlardan əlavə osteoxondrozu nevroloq¦lar müalicə edir.
Statistik Göstəricilər
Artroz qığırdaq toxumasının müxtəlif səbəblərdən zədələnməsi, quruması, səthinin kələ-kötür və çat-çat olması. Artroz və ya osteoartroz qısaca OA deyilir. Normada oynaqda sümüklər arasında yumşaq sürüşmə olduğu halda, anormal sürtünmə baş verir — sümüklərin hərəkəti zamanı oynaq səthləri bir birinə ilişir. Bu proses davam etdikcə qığırdaq toxunması get-gedə nazilərək silinir. Nəticədə nazikləşmiş qığırdaq toxunması altında olan sümük toxumasına olan təzyiqin artması nəticəsində sümük toxunması tədricən əzilir və deformasiyaya uğrayır. Artroz əksər hallarda diz, bud-çanaq, ayaqların baş barmaqları və əl barmaqları oynaqlarını zədələyir.
Yaranma Səbəbi OA bir çox səbəblərdən yarana və inkişaf edə bilər. Ancaq əksər hallarda onların əmələ gəlməsi bir neçə faktordan asılı olur. Bunlar aşağıdakılardır:
əlamətləri
Diaqnoz
OA ilkin olaraq əllə müayinə edilir. Oynaqların hərəkətliliyinə, şişkinliyə, oynaq mayesinin artıb azalmasına diqqət olunmalıdır. Təbii ki, rentgen müayinəsi də aparımalıdır. Rentgenoqrafya ilə oynaq aralığına, qığırdaq qalınlığına baxılır. Onuda qeyd edək ki, Maqnit Rezonans Tomoqrafiya müayinəsi problemi daha erkən mərhələdə, rentgen müayinəsi isə daha kobud, irəliləmiş vəziyyətdə olan OA-ı aşkarlamağa imkan verir. Bu sayəsində OA-a diaqnoz qoyulur.
Müalicə
OA-nın müalicəsi var. İlkin dövrdə konservativ müalicə, fizioterapiya, əzələlərin gücləndirilməsi ilə problemin qarşısını almaq olur. Amma ağırlaşmış mərhələdə problem cərrahi yolla aradan qaldırılır. Bəzi hallarda qığırdaqların təmiri aparılır. Yəni çox kiçik qığırdaq pozğunluğu olan oynaqlara qığırdaq köçürmək mümkündür. Amma ən son mərhələdə xəstəyə oynaq köçürülür. Pozulan oynaq çıxarılır yerinə süni oynaq qoyulur. Bütün müalicələr effekt vermədikdə bu yola əl atılır. Bununla da xəstə normal həyatına davam edir. Süni oynaq köçürülmə əməliyyatları nə qədər gec aparılsa, bir o qədər yaxşı olar. Amma bu xəstəlik xeyli cavanlaşıb. Bəzən məcburi gənc insanlar üzərində də bu əməliyyatlar icra olunur. Yəni 20 yaşda ciddi problemi olan gəncin şikəst, olmasını, 60 yaşa çatmasını gözləmək düzgün deyil. Xəstəni normal həyatına qaytarmaq lazımdır. Köçürülmüş oynaqların ömürlük olmadığını deyən mütəxəssislər qeyd edirlər ki, süni oynaqların ömrü onların keyfiyyətindən, sonradan qorunmasından çox asılıdır. Keyfiyyətli və yaxşı qorunan süni oynğın 30, 40 il ömrü olur.
Statistik Göstəricilər
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.