Süleyman Şah türbəsi
From Wikipedia, the free encyclopedia
Süleyman Şah türbəsi[1] (tür. Süleyman Şah Türbesi) — Suriyanın Hələb vilayətinin Eşmə kəndində yerləşən, tamamilə Suriya ərazisi ilə əhatə olunmasına baxmayaraq, Türkiyəyə aid olan və Türkiyənin öz hüdudlarından kənarda sahib olduğu yeganə torpaq ərazisidir.
Süleyman Şah türbəsi | |
---|---|
Süleyman Şah Türbesi | |
![]() | |
![]() | |
36°52′45″ şm. e. 38°06′20″ ş. u. | |
Ölkə |
![]() |
Şəhər | Hələb |
Yerləşir | Mənbic |
Tikilmə tarixi | 1973 |
![]() |
Osmanlı imperiyasının qurucusu Osman bəyin babası, Ərtoğrul Qazinin atası, Qayı boyunun başçısı Süleyman Şah bu ərazidə dəfn edilmişdir. Süleyman Şah iki dəfə dəfn edilmişdir.[2] Süleyman Şah türbəsi 1921-ci ildə Türkiyə ilə Fransa arasında Türkiyə İstiqlaliyyət müharibəsi gedişatında sərhədlərin müəyyənləşdirilməsi üçün imzalanan Ankara müqaviləsinə əsasən, Fransanın Suriya və Livan mandatlığı ərazisi kimi yox, dövrün Ankara Hökuməti torpağı olaraq qəbul edilmişdir.[2] Türbədə Süleyman Şahın dəfn olunduğu bilinsə də, bunu təkzib edən və orada Anadolu Səlcuqlu dövlətinin qurucusu I Süleymanşahın dəfn edildiyini bildirən müxtəlif fikirlər var.[3][4]
1973-cü ildə Suriya hökuməti Əsəd su hövzəsinin yaradılmasına hazırlıq məqsədilə Caber qalası ətrafındakı bütün ərazini su ilə doldurmaq qərarı verdikdə türbənin 85 kilometr şimala daşınması üçün Suriya ilə Türkiyə arasında müqavilə imzalandı. Beləliklə, türbə Türkiyə ilə Suriya sərhədindən 27 kilometr uzaqlıqdakı Suriya ərazisi daxilinə daşınmışdır.
2015-ci ilin əvvəllərində Suriyada vətəndaş müharibəsinin kəskinləşdiyi bir vaxtda Türkiyə öz istəyi ilə ziyarətgahı Suriya ərazisində, Türkiyə sərhədindən 180 metr, Eyn əl-Ərəb bölgəsindən 22 kilometr qərbdə, Suriyanın şimalında yerləşən başqa bir əraziyə köçürmüşdür. Həmçinin Türkiyə hökuməti türbənin yerləşdiyi ərazi olan Eşmə[5] kəndini mühafizə edərək 40-a yaxın əsgəri evakuasiya etdi.[6] Bu hadisə ilə bağlı bildirildi ki, atılan addım müvəqqətidir və ziyarətgahın dağıdılmasının qarşısını almaq üçün atılmışdır. Bu addımın türbənin statusuna və bununla bağlı Suriya ilə bağlanmış müqavilələrə təsir etməyəcəyini bildirmişdir.