Rusiya Silahlı Qüvvələri
Rusiya Federasiyasının rəsmi ordusu / From Wikipedia, the free encyclopedia
Rusiya Silahlı Qüvvələri (rus. Вооружённые си́лы Росси́йской Федера́ции) — Rusiya Federasiyasının rəsmi ordusudur. Rusiya ordusu SSRİ dağıldıqdan sonra yaranıb. 7 may 1992-ci ildə prezident Boris Yeltsin Rusiya Müdafiə Nazirliyinin təsis olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncama uyğun olaraq keçmiş SSRİ-nin Rusiya ərazisində olan bütün ordusu Rusiya ordusu kimi formalaşdırılıb. Silahlı qüvvələrin ali baş komandanı prezidentdir. Rusiya ordusu 1992-ci ildə formalaşdırılsa da, onun qurulması Kiev Rus dövləti dövrünə gedib çıxır. Rusiya ordusunda təxminən 1 milyon əsgər və zabit xidmət edir, ordu əlavə olaraq 2 milyon nəfərlik ehtiyat qüvvəyə malikdir. 2011-ci ildə Rusiyanın hərbi büdcəsi 72 milyard dollar olub, lakin Rusiya dövləti ordunun təchizatını və büdcəsini qarşıdakı illərdə bir neçə dəfə artırmağa hazırlaşır.[3]
| ||
: | ||
Silahlı qüvvələr |
Rusiya Quru Qoşunları Rusiya Hərbi Hava Qüvvələri 30px Rusiya Hərbi Dəniz Qüvvələri Strateji Raket Qoşunları Aerokosmik Qüvvələr Hava-Desant Qüvvələri | |
Müdafiə naziri | Sergey Şoyqu | |
Baş Qərargah rəisi | Valeri Gerasimov | |
Əsgərlərin sayı | 766 000 | |
Əsgərlik yaşı | 18-27 | |
Hərbi xidmət | 12 ay | |
Beynəlxalq əməkdaşlıq | Braziliya Serbiya Ukrayna Belarus İran Hindistan Venesuela Avstraliya Yeni Zelandiya Birləşmiş Krallıq Özbəkistan Pakistan Livan Bolqarıstan Azərbaycan Rumıniya Ermənistan İraq Argentina | |
Hərbi büdcə | 90,7 milyard ABŞ dolları (2013-ci il) [1][2] | |
Vebsayt |