Rubikon çayı
From Wikipedia, the free encyclopedia
Rubikon (lat. Rubicō, it. Rubicone, tələffüzü: [rubiˈkone][1]) - Ravennadan cənubda, İtaliyanın şimal-şərqindəki dayaz çaydır. Eramızdan əvvəl 49-cu ildə məşhur bir şəkildə Yuli Sezar tərəfindən keçilən bir çay üçün də eyni ad işlədilir. Sübut olunmamış olsa da, bəzi tarixçilər iki çayın həqiqətən eyni olduğuna inanırlar.
Cəld faktlar Ölkə, Mənsəbi ...
Rubikon çayı | |
---|---|
| |
Ölkə | |
Mənsəbi | Adriatik dənizi |
Uzunluğu |
|
Su sərfi | 6,6 ± 0,001 m³/s |
![]() |
Bağla
80 kilometr uzunluğundakı Rubikon çayı mənbəyini Apennin dağlarından götürür və İtaliyanın Emilia-Romanya bölgəsindən keçərək Adriatik dənizinə tökülür. Latınca Rubicō sözü qırmızı mənasını verən rubeusun sifətindən gəlir. Buna səbəb, palçıq yataqlarının üzərindən keçən çayın qırmızı rəngə boyanmasıdır.