Rozetta daşı
From Wikipedia, the free encyclopedia
Rəşid daşı və ya Rozetta daşı (ər. [Həcərur-Raşid ]- حجر رشيد, fr. la pierre de Rosette, ing. Rosetta Stone) – 1799-cu ildə Napoleon Bonapartın Misir ekspedisiyası zamanı İsgəndəriyyədən bir qədər aralı yerləşən Rəşid (Rozetta) şəhəri yaxınlığında tapılmış üç dildə (qədim yunan, demotik Misir və heroqlifik Misir) yazıya malik daş yazı abidəsidir. Qədim yunan dili dilçilərə məlum olduğundan demotik və heroqlifik Misir yazısını onunla uzlaşdırmaqla bir çox Misir yazılarının açılmasında ondan açar kimi istifadə olunmuşdur. 1802-ci ildən Rəşid daşı Britaniya muzeyində saxlanılmaqdadır.
Cəld faktlar Ölkə, Şəhər ...
Rozetta daşı | |
---|---|
Rosetta stone ロゼッタ・ストーン[1] | |
Ölkə | Böyük Britaniya |
Şəhər | London |
Yerləşir | Britaniya muzeyi |
Tikilmə tarixi | e.ə. 196 |
Kəşf tarixi | 15 iyul 1799 |
Hündürlüyü | 112,3 sm |
Eni | 757 mm |
Material | qranodiorit |
Vəziyyəti | muzey eksponatı |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla