Rostov Şəhər Dumasının binası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Şəhər Dumasının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi ev 47 yerləşən bina. Bina 1897–1899-cu illərdə inşa edilmişdir. Onun memarı Aleksandr Nokoroviç Pomoransev olmuşdur. Bina Ristov-na-Donu şəhərinin əsas görməli yerlərindən biridir[1]. Burada ilk əvvəllər şəhər duması və icra hakimiyyəti yerləşirdi. Sovet dönəmində burada KP reginal komitəsi yerləşirdi[2]. Hazırda burada şəhər duması və şəhər icra hakimiyyəti yerləşir. Şəhər Dumasının binasının regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir[3].
Şəhər Dumasının binası | |
---|---|
rus. Здание городской думы (Ростов-на-Дону) | |
47°13′17″ şm. e. 39°42′45″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1899 |
Memar | Aleksandr Nokoroviç Pomoransev |
Memarlıq quruluşu | Eklektika |
Vikianbarda əlaqəli mediafayllar |
1890-cı illərdə Rostovda şəhər duması üçün binanın tikintisi planlaşdırılır. Bu məqsədlə məşhur arxitektor Aleksandr Nokoroviç Pomoransev dəvət edilir. O, artıq şəhərdə bir neçə binanı layihələndirmişdi. Şəhər dumasının bina layihəsi 1896-cı ilin sonları təstiqlənir. Binanın tikintisinə 1897-ci ildə başlanılır. Binanıın tikintisi 1899-cu ildə başa çatdırılır və işıqlandırılır. Pomoransev binanın tikinti layihəsi əsasında binaya 586 176 rubl, 16 qəpik xərclənməli idi. Ancaq tikintinin gedişi ilə layihə dəyəri 600 min rubla çatmışdır. Binanın birinci mərtəbəsi ticari catış məntəqələri kimi istifadə edilirdi. İkinci, üçüncü və dördüncü mərtəbələrində şəhər duması və şəhər icra hakimiyyəti orqanları yerləşirdi. 1922-ci ildə binada güçlü yanğın baş vermişdir. Ancaq ən böyük zərəri Böyük Vətən müharibəsi zamanı almışdır. Müharibə bitdikdən sonra bərpa edilmişdir. Sovet dönəmində burada KP reginal komitəsi yerləşirdi.
Bina eklektika stilində inşa edilmişdir. Dörd mərtəbədən ibarətdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.