Ross dənizi
From Wikipedia, the free encyclopedia
Ross dənizi - Cənub okeanının akvatoriyasında, Antarktidanın qərbində, Viktoriya Torpağı və Meri Berd adlı ərazilər sahilində, Ader və Kolbek burunlara arasında yerləşir. 0-cı meredian, birinci saat qurşağı onun ərazisindən keçir.
Ross dənizi | |
---|---|
ing. Ross Sea | |
Ümumi məlumatlar | |
Tip | Materik kənarı |
Mütləq hündürlüyü | 0 m |
Sahəsi | 439,000 km² |
Sahil uzunluğu | 2400 km |
Dərin yeri | 2972 m |
Orta dərinliyi | 677 m |
Duzluluğu | 33,7 ;34,4 ‰ |
Yerləşməsi | |
77°00′00″ c. e. 176°00′00″ q. u. | |
Ölkə | Antarktida |
Üst akvatoriyası | |
Yerləşməsi | Qərbi Antarktida |
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 439,000 km², ən dərin yeri 2972 m təşkil edir. Sahilləri sıldırımdır. Dənizin sahilində Ross buzlağı vardır ki, həmin buzlaqla onun sahəsi 960,000 km² təşkil edir. Dənizin acıq hissəsində il boyu hərəkət edən buzlarla örtülü olur. Burada çoxlu Aysberqlər vardır ki , onların uzunluğu 10 bəzən 100 kilometrlərlə uzanır. Yayda dənizdə buzlar arasında boğazlar əmələ gəlir. Bunun sayəsində gəmilər sərbəst üzməsi mümkün olur. Suyun səthində temperatur -1 °C, yayda isə bəzən 2 °C qədər yüksəlir. Duzluğu 33,7 - 34,4 ‰ təşkil edir. Axınlar əsasən saat istiqamətində hərəkət edir. Dənizdə Ross suitisi, Ueddell suitisi, Balinalar və s. canlılar yaşayır. Dənizin bir hissəsi Sakit okean qabığı üzərində yerləşir. Bu hissədə dərinlik 2972 metrdir. Viktoriya sahilləri ərazisində Transantarktika dağları yerləşir. Şelf buzlağı demək olar ki, ərimir. Dənizlə şelf buzlağı arasında baryer 800 km təşkil edir.