From Wikipedia, the free encyclopedia
P-47 Thunderbolt, ABŞ istehsalı olan İkinci Dünya Müharibəsi dövrünün qırıcı-bombardmançı təyyarəsidir.
Republic P-47 Thunderbolt | |
---|---|
Tipi | Döyüşçü-bombardmançı təyyarə |
İstehsalçı | Buffalo |
İlk uçuş | 6 may 1941 |
İstismara verilmə tarixi | 1942 |
İstimarının bitmə tarixi | 1966 |
İstismarçılar |
|
Buraxılış sayı | 15.686 |
Vikianbarda əlaqəli mediafayllar |
Bolşeviklərdən qaçan iki gürcü, Alexander de Seversky və Alexander Kartveli tərəfindən hazırlanmışdır. P-47 böyük və kobud bir təyyarədir. Ən əhəmiyyətli xüsusiyyəti möhkəmliyi və yaxşı sürətidir. Su ilə vurulan mühərrikləri var. Müttəfiqlər və Sovetlər tərəfindən müharibə zamanı istifadə edilmişdir. İlk uçuşunu 6 may 1941 -ci ildə etmiş və cəmi 15677 ədəd istehsal edilmişdir. İkinci Dünya Müharibəsindən sonra ABŞ-nin hərbi yardımı çərçivəsində Türkiyəyə ümumilikdə 180 ədəd P-47D gətirilmişdir. Bütün təyyarələr 1948 -ci ildə gətirilmişdir və 9, 5 və 8 -ci Hava Alaylarında yerləşdirilmişdirlər. 1951-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin yenidən təşkil edilməsi nəticəsində, “Hava Bazaları” (Hava Üssü — HÜ) sisteminə keçildikdən sonra, P-47-lər 5-ci Hava Bazasının 151/152 eskadronlarında, 8-ci Hava Bazasının 181/182 eskadronlarında və 9-cu Hava Bazasının 191/192 eskadronlarında xidmət etmişdirlər. Reaktiv təyyarələr dövrünə keçid təyyarələri sayıla bilən bu təyyarələrin ömrü çox qısa olmuşdur. 1952-ci ildən başlayaraq F-84G hərbi təyyarələri ilə əvəz olunmağa başlanmışdırlar. Son P-47D 1954-cü ildə xidmətdən çıxarılmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.