Remot yarımadası
From Wikipedia, the free encyclopedia
Remot yarımadası — Baffin Torpağının şərqində yerləşən yarımada. Kanadanın Nunavut vilayəti ərazisinə daxildir. İnuitlərə aid Pont-İnlet kəndindən 295 km (183 mil) şimal-qərbdə, Klyat-riverdən 980 km şimal-şərqdə yerləşir. Remot yarımadası adaya cənub-qərb hissədən ensiz bərzəxlə birləşir[1].
Cəld faktlar Yerləşməsi, Akvatoriya ...
Remot yarımadası | |
---|---|
Yerləşməsi | |
70°50′00″ şm. e. 70°55′00″ q. u. | |
Akvatoriya | Şimal Buzlu okean |
Ölkə | Kanada |
Bağla
Yarımadanın uzunluğu 61 km (38 mil), maksimal eni isə 27 km (17 mil). Yarımada dağlıqdır. Ərazisində aktiv hərəkətdə olan buzlaqlar vardır. Ən Böyük zirvəsi Ukpik pikidir. Hündürlüyü 1809 metrdir[2].
Remot gölü isə yarımadanın şimal-şərqində yerləşir. Dərinliyi 10 metrdir[3].