Regional reaktiv təyyarə və ya ingilis dilində olan adı ilə Regional Jet (qısaca RJ) sürətli, çox qənaətcil və qısa uçuş zolaqlarından asanlıqla havaya qalxan bilən bir təyyarədir. İlk dəfə 1978-ci ildə ortaya çıxdı. Aviasiyada bilet qiymətlərinin azalması, hava limanlarının sayının artması və coğrafi səbəblərə görə qısa uzunluğu olan uçuş-enmə zolağına malik meydanların açılması bu gün bu təyyarə sinfinə tələbi artırmışdır. Əvvəllər bu sinif yalnız Douglas DC-9 və digərləri tərəfindən inhisara alınmışdı və bu gün Airbus, BƏƏ, Bombardier, Canadair, Embraer, Sukhoi və Comac kimi şirkətlərin təyyarə istehsalına başlaması ilə gedərək daha böyük bazar halına gəlmişdir.

Thumb
Bormbardier Crj 200 er
Thumb
Airbus A-318
Thumb
Embraer E-Jets170 təyyarəsindəki oturacaq məsafələri

Bu təyyarələrin ən vacib xüsusiyyəti, müəyyən bir gövdə quruluşuna sahib olmamalarıdır. Bu sinifdə CRJ 900 Bombardier kimi mühərriyi arxasında yerləşən, dar gövdəli regional reaktiv təyyarə olduğu kimi, eləcə də qısa və mühərriyi qanadlarının altında yerləşən A-318 tipli təyyarələrdə mövcuddur. Bu təyyarələrdə sərnişin təsnifatı yoxdur. Belə təyyarələrdə gəzintinin şəhərlərarası avtobusdan heç bir fərqi yoxdur. Bu tip təyyarələrin məqsədi ən az yanacaq sərfiyyatı, hava limanında parklanma haqqını azaltmaq və mümkün qədər çox sərnişin oturacağına sahib olmaqdır. Normal sərnişin təyyarələrində mövcud olan Turbofan reaktiv mühərriyindən istifadə etdikləri üçün çox yaxşı bir güc-çəki balansına sahibdirlər. Qalxma və sürətdə çox böyük performansa malikdirlər.

Bu tip təyyarəyə xalq dilində Dolmuş tipli reaktiv və ya Mini reaktiv təyyarə deyilir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.