From Wikipedia, the free encyclopedia
Redusentlər (latınca. "reducens", yiyəlik halda "reducents" – qayıdan, bərpaedici) – ölü heyvan və bitki qalıqları ilə qidalanıb onları minerallaşdıran, daha doğrusu, onları produsentlərin mənimsəyə biləcəkləri şəklə qədər parçalayan orqanizmlərdir. Adətən redusentlərə saprofit yolla qidalanan bakteriyalar, göbələklər, bəzi heyvanlar (soxulcan, peyin və məzar böcəyi) və s. aiddir. Redusentlərə konsument adlanan bütün canlıları aid etmək olar. Çünki onların həyat fəaliyyəti nəticəsində üzvi maddələrin minerallaşması baş verir. Amma daha çox redusentlərə saprofit bakteriyalar və göbələklər aid edilir (qıcqırma və çürümə). Redusentlər qida zəncirində hər bir həlqədən sonra təkrar olunurlar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.