Real aykido
From Wikipedia, the free encyclopedia
Real Aykido müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. Real Aykidonun yaradıcısı 10 DAN qara kəmər sahibi, Real Aykido və Ciu-Citsu üzrə akademik Lyubomir Vraçareviçdir. Onun çoxillik təcrübəsi, Yaponiyanın ən yaxşı ustalarından aldığı biliyi sayəsində yüzlərlə texnika ayırmış, dəyişikliklər etmiş və digər döyüş növlərindən aldığı bilikləri əsasında öz aykido stili - real aykidonu yaratmışdır. Real aykido - olduqca effektiv və sərt özünümüdafiə sistemidir. Real aykidonun məhz sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret vəziyyətlərdə maksimum effektivliyinə nail olmağa imkan verir. Bir texnikadan digərinə keçməklə həmin şəxsin hansı texnikanı istifadə etmək istəyi mümkün olur. Beləliklə, həddsiz imkanları praktikada real aykidonu çoxtərəfli tətbiq etməyə imkan verir.
Bu məqaləni vikiləşdirmək lazımdır. |