Rayt qardaşları
Amerikalı aviasiya pionerlərindən, təyyarə ixtiraçıları / From Wikipedia, the free encyclopedia
Uilber və Orvill Rayt qardaşları[2] (ing. Wilbur Wright (1867–1912) və ing. Orville Wright (1871–1948)) — dünyanın əksər ölkələrində dünyanın ilk mühərrikli, ilk idarə olunan, uçuş qabiliyyətinə malik təyyarəsinin layihələndirilməsi və qurulmasında prioritet kimi tanınan amerikalılar.[3][4][5] Bəlkə də qardaşlar eksperimental təyyarəni ilk uçuranlar deyildilər, lakin ilk olaraq təyyarənin uçuşunu idarə edənlər idilər. Onların işi dünyada təyyarə yaratmaq üçün bütün sonrakı cəhdlərə, bütün aparıcı ölkələrin aviasiya sənayesinə birbaşa təsir etdi.
Rayt qardaşları | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi |
Orvill: 30 yanvar 1943 (71 yaşında) Dayton Uilber: 30 may 1912 (45 yaşında) Dayton, Ohayo |
Vəfat səbəbi |
Orvill: Ürək tutması Uilber: Tif xəstəliyi |
Vətəndaşlığı | ABŞ (hər ikisi) |
Həyat yoldaşı | Yox (hər ikisi) |
Atası | Milton Rayt |
Anası | Syuzen Ketrin Korner Rayt |
Milliyyəti | amerikalı |
Təhsili | 3 illik orta məktəb (hər ikisi) |
Fəaliyyəti | mühəndis-konstruktor |
Mükafatları |
ABŞ Konqresinin qızıl medalı (Uilber Rayt) Elliot Kresson medalı (hər ikisi, Orvill Rayt (1914)) Albert medalı (Orvill Rayt(1917)) Con Fritz medalı (Orvill Rayt(1920)) Vaşinqton mükafatı (hər ikisi, Orvill Rayt (1927)) Franklin medalı (hər ikisi, Orvill Rayt (1933)) |
Vikianbarda əlaqəli mediafayllar[1] |
Rayt qardaşlarının əsas nailiyyəti, təyyarəni effektiv idarə etmək və uçuş zamanı tarazlığını qorumaq üçün təyyarənin üç fırlanma oxu boyunca praktiki idarəetmə və sabitlik sistemləridir.[6] Onların yanaşması təyyarələrin dizaynı və qurulması üçün əsas oldu.[7][8] Rayt qardaşları, digər eksperimentçilər kimi daha güclü mühərriklər quraşdırmaq imkanı tapmaq əvəzinə, daha çox uçuşun idarə edilməsi məsələlərinin öyrənilməsinə diqqət yetirdilər. Onların külək tuneli təcrübələri, səmərəli qanad və pərvanələrin istehsalında digər aviasiya qabaqcıllarından daha məhsuldar oldu.[9][10] 22 may 1906-cı ildə onlar təyyarə səthlərindən istifadə etməklə həyata keçirilən aerodinamik idarəetmə sisteminin ixtirası üçün 821,393 saylı ABŞ patentini aldılar.[11]
Rayt qardaşları çap maşınları, velosipedlər, mühərriklər və digər mexanizmlərin satıldığı mağazalarında uzun illər çalışaraq texniki biliklər əldə ediblər.[12]