From Wikipedia, the free encyclopedia
Rauf Denktaş (27 yanvar 1924[1], Pafos, Pafos rayonu[d][2] – 13 yanvar 2012[3][1][…], Şimali Nikosiya[2])[4] — Şimali Kipr Türk Respublikasının qurucusu və 1-ci prezidenti.
Rauf Denktaş | |
---|---|
türk. Rauf Raif Denktaş | |
| |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Mehmet Əli Tələt |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 yanvar 1924[1] |
Doğum yeri |
|
Vəfat tarixi | 13 yanvar 2012[3][1][…] (88 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | bir neçə orqan çatışmazlığı sindromu |
Dəfn yeri | |
Partiya | Ulusal Birlik Partisi |
Təhsili | Lincoln's Inn, Hüquq |
Fəaliyyəti | siyasətçi, vəkil |
Atası | Mehmet Raif Denktaş |
Həyat yoldaşı | Aydın Denktaş |
Uşaqları |
Raif Denktaş Münir Denktaş Sərdar Denktaş Dilek Denktaş Değer Denktaş Ender Denktaş |
Dini | sünni islam |
|
|
Təltifləri | |
denktas.info | |
Vikianbarda əlaqəli mediafayllar |
1.5 yaşı olarkən anasını itirib.[5] Atası Mehmet Raif bəydir.[5] Nənə və babası tərəfindən böyüdülərək[5] 1930-cu ildə təhsil üçün İstanbula göndərildi. Arnavutköydə yerləşən ibtidai sinifdən orta məktəbə qədər təhsil verən Fevzi Ati internat məktəbində oxumağa başlayır. Orta məktəbi bitirdikdən sonra Kiprə geri dönərək 1941-ci ildə Lefkoşa İngilis Məktəbinən məzun oldu. Məzun olduqdan sonra Fazıl Küçüyün ''"Halkın Sesi"'' qəzetində məqalələr yazmağa başladı. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik etdi. 1944-cü ildə Lincolns İnn-də hüquq təhsili almaq üçün Birləşmiş Krallığa getdi. 1947-ci ildə adaya geri dönüb hüquqşünaslığa başladı[6][7]. Sonradan prokuror oldu və 1956-cı ildə baş prokuror vəzifəsinə yüksəldi[7].
27 noyabrın 1948-ci ildə Kipr türklərinin təşkil etdiyi ilk mitinqdə Fazıl Küçük ilə bərabər natiqlik etdi. Xalqa ilk müraciətini də məhz bu münasibətlə və 24 yaşında edib. Türk icmasının iki mühüm adı Faiz Qaymaq və Fazıl Küçük arasında cəmiyyətin maraqlarının naminə vasitəçi rolunu öz üzərinə götürüb. Faiz Kaymakın təklifi və Fazıl Küçükün razılığı ilə Kipr Türk Qurumları Federasiyasının konqresində sədr vəzifəsinə seçildi. Prokuror vəzifəsindən təqaüdə çıxmasına altı ay qalmış, Birləşmiş Krallıq rəhbərliyini zorla razı salaraq vəzifəsindən istefa verib icmanın problemləri ilə məşğul olmağa başladı. 1949-cu ilin yay aylarında hüquqşünaslıq etməyə başladı. Eyni ildə Aydın xanımla ailə qurdu. 1955-ci ildə terrorist bir mənliyə bürünən Enosislə mübarizədə EOKA qarşısında Kipr Türklərinin mübarizəsinə yön verdi. 1958-ci ildə hökumətdəki vəzifəsindən istefa verərək dostlarıyla Türk Müqavimət Təşkilatını (TMT) qurdu.
1958-ci ildə yunan dəstələri türk kəndlərinə hücum edəndə türklər bu hadisələrə etiraz etdilər. Zürix-London sazişlərindən öncə Fazıl Küçük ilə birlikdə Ankaraya Xarici İşlər Naziri Fatin Rüştü Zorlu ilə görüşməyə getdi. Məhz bu görüşdə adaya türk əsgərinin göndərilməsi təklifini verdi. 1959-cu il Sürix və London sazişlərinin bağlanmanılmasında və Kipr Cümhuriyyətinin Konstitusiyasının yaradılmasında çox böyük fəaliyyət göstərir. Həmin il Türk Camaat Məclisi üzvlüyü və Türk Camaat İcra Komitəsi rəhbərliyinə seçilir. 16 avqust 1960-cı ildə 650 nəfərlik Türk Alayı Famaqusta limanına gəlir. 1963-cü il hadisələrindən sonra əlaqələrini genişləndirmək üçün Türkiyəyə gedir və əlaqələrini genişləndirdikdən sonra yenidən Kiprə qayıdır və türklərin müqavimət hərəkatını təşkilatlandırmağa başlayır.
1964-cü il London konfransından sonra Makarios tərəfindən istənilməyən adam elan edilir və Kiprə daxil olması qadağan edilir. Gizlicə Erenköyə gələrək mübarizəyə davam edir. 1967-ci ildə gizli şəkildə adaya girmək istəyərkən tutulur. uzun danışıqlar nəticəsində Türkiyəyə təslim edilir. 1968-ci ildə qadağa aradan qaldırıldıqdan sonra yenidən Kiprə qayıdır
1970-ci il seçkilərində Türk Camaat Məclisi rəhbərliyinə seçilir. 1973-cü il 18 fevralda Fazıl Küçükün vəzifəsindən ayrılmasından sonra Kipr Prezidentinin müavini təyin edilir. Bu vəzifədən 28 fevral 1973-cü ildə imtina edir və həmin gün Kipr Türk İdarəetməsinin rəhbəri seçilir. Kipr Hərəkatı nəticəsində 1975-ci il 13 fevralda Kipr Türk Federativ Dövlətinin yaradılmasından sonra prezident və başnazir vəzifələrini həyata keçirir daha sonra isə konstitusiyaya uyğun olaraq 1976-cı ildə keçirilən seçkilərdə prezident seçilir. 1981-ci ildə ikinci dəfə bu vəzifəyə seçilir. 1983-cü il 15 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasından sonra yenidən prezident seçilir. 1990-cı il 22 apreldə keçirilən erkən seçkilərdə ikinci dəfə prezident seçilir. 1995-ci il seçkilərində də prezident seçilir. 2000-ci ildəki seçkilərdə 43,67% fazi səs yığaraq ikinci tura qalır, amma ikinci tura qalan digər namizəd Derviş Eroğlu seçkilərdən uzaqlaşdığı üçün yenə də prezident seçilir[8]. 2004-cü ildə Kofi Annanın Kipr problemi ilə bağlı hazırladığı Annan Planına qarşı çıxır[9]. Plan kiprli türklər tərəfindən qəbul edilsə də, kiprli yunanlar tərəfindən qəbul edilmir. 17 aprel 2005-ci il seçkilərində namizədliyini vermir və 24 aprel 2005-ci ildə vəzifə səlahiyyətlərini Mehmet Ali Talata verir.
Rauf Denktaş siyasi fəaliyyətdən əlavə həm də bir yazar kimi fəaliyyət göstərmişdir. 1985-ci ilin sonlarından ölümünə qədər Yeni Asya Yayınlarında çap edilən kitabları var. Bundan əlavə Rauf Denktaş həm Halkın Sesi qəzetində yazılar yazır, həm də ART kanalında Denktaşın Gündemi adlı veriliş aparırdı.
8 yanvar gecəsi orqan çatışmazlığı ilə Yaxın Şərq Universiteti xəstəxanasına aparılan Rauf Denktaş 13 yanvar 2012-ci ildə 88 yaşında vəfat etdi. Vəfatına görə Türkiyə və KKTC-də milli matəm elan edildi.[10]. 17 yanvar 2012 tarixində təşkil edilən dövlət tədbiri vasitəsilə Lefkoşadakı Cümhuriyyət Parkında dəfn edildi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.