Rasim Abdullayev
From Wikipedia, the free encyclopedia
Rasim Yaqub oğlu Abdullayev (21 fevral 1975; Milli, Kəlbəcər rayonu, Azərbaycan SSR — 10 noyabr 2020; Çanaqçı, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Rasim Abdullayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Milli, Kəlbəcər rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (45 yaşında) |
Vəfat yeri | Çanaqçı, Xocalı rayonu, Azərbaycan |
Dəfn yeri | II Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Səadət İbrahimova |
Uşaqları | Miryaqub, İslam |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2000–2020 |
Rütbəsi | Polkovnik-leytenant |
Döyüşlər |
Aprel döyüşləri İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 2020 2020 2020 |
Bağla
2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində hərbi tibb qulluqçusu kimi iştirak edən Rasim Abdullayev Hadrut qəsəbəsi və Şuşa istiqamətində 100-dən çox ağır yaralı zabitə yerindəcə tibbi yardım göstərmişdir. Yeni-yeni azad edilən, təhlükəli və döyüşdə ən qaynar nöqtələr olan yerlərdə qalmış hərbçilərə də ilk tibbi yardım göstərmişdir.