From Wikipedia, the free encyclopedia
Ralf Conson Banç (7 avqust 1904[1][2][…], Detroyt, Miçiqan[3] – 9 dekabr 1971[4], Nyu-York, Nyu-York ştatı) — 1940-cı illərin sonlarında Ərəb-İsrail qarşıdurmasının həllində vasitəçi olduğu üçün,1950-ci ildə Nobel Sülh mükafatı laureatı amerikalı politoloq, akademik və diplomat.
Bu ada layiq görülən ilk afroamerikalı idi. Birləşmiş Millətlər Təşkilatının qurulması və idarə edilməsində iştirak etmiş və BMT-nin sponsorluğu ilə həyata keçirilmiş çoxsaylı sülhməramlı əməliyyatlarda böyük rol oynamışdır. 1963-cü ildə prezident Con Fitscerald Kennedi tərəfindən Prezident Azadlıq medalı ilə təltif edilmişdir.[6]
Banç,1944-cü ildə həm Beynəlxalq Sülh və Təhlükəsizlik Təşkilatı ilə bağlı Vaşinqton Söhbətlərində,həm də 1945-ci ildə BMT-nin nizamnaməsini hazırlayan BMT-nin San Fransisko Beynəlxalq Təşkilat Konfransında ABŞ nümayəndə heyətində vəzifə yerinə yetirdi. Banç,1946-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının ilk iclasında Amerika nümayəndə heyətində iştirak etmişdir. 1948-ci ildə Misirlə İsrail arasında atəşkəs haqqında danışıqlar apararaq Orta Şərq üçün vasitəçi rolunu oynadı. Bu uğuruna görə 1950-ci ildə Nobel Sülh mükafatına layiq görüldü. Sinay (1956),Konqo (1960),Yəmən (1963),Kipr (1964) və 1970-ci ildə Bəhreyndəki böhranların aradan qaldırılmasında yaxından iştirakçı olaraq,birbaşa BMT-nin baş katibinə hesabat verərək,Birləşmiş Millətlər Təşkilatında xidmətini davam etdirdi. Yaxın Şərqdəki su ehtiyatları ilə məşğul olan tədqiqat qruplarına da rəhbərlik etmişdir. 1957-ci ildə sülhməramlı rolları üçün başlıca məsuliyyət daşıyan xüsusi siyasi işlər üzrə katib müavini vəzifəsini tutdu. 1965-ci ildə Hindistan və Pakistan arasındakı müharibədə atəşkəsə rəhbərlik etdi. 1971-ci ildə BMT-dən təqaüdə çıxdı.[7]
Banç,1904-cü ildə Miçiqan,Detroyt şəhərində anadan olub və şəhərin İkinci Baptist Kilsəsində vəftiz olub. Atası Fred Banç bərbər,anası Zeytun Aqnes (əsl soyadı Conson) isə "böyük və istedadlı ailədən" olan həvəskar musiqiçi idi.[8] Qardaşları Çarli və Ethel Conson idi.[8]
Ana babası Tomas Nelson Conson, qarışıq irqli idi, Eleonora Maddenin oğlu idi. Eleonora, afro-amerikalı kölə ananın və İrlandiyalı əkinçi atanın qarışıq irqli qızı idi. Thomas Nelson Conson,1875-ci ildə İllinoys ştatının Alton şəhərindəki Şurtleff kollecindən məzun oldu və sonra orada müəllim olaraq çalışdı. 1875-ci ilin sentyabrında tələbələrindən Lusi Teylor ilə evləndi.[8]
Genealogist Paul Heyneq,Fred Bançın (və Ralf), ehtimal ki,ailənin Cənubi Karolina qolundan gəldiyini düşünür,ancaq bunun sübut olunmadığını qeyd edir. Detroyt şəhərindəki 1900 ve 1910-cu illər siyahıyalmasında,"Cənubi Karolinada anadan olan Banç ailəsinin bir neçə üzvünün siyahısının verildiyini,lakin Fred Bançın onların arasında olmadığını" söylədi. Bançın Amerika inqilabından əvvəl Virciniyada azad qaradərili insanlar olan Banç əcdadlarından gəldiyinə inanılır. XVIII əsrin sonlarında Cənubi Karolinada Banch soyadlı kişilər var idi. Banç soyadı olduqca nadir soyadlardan idi. Banç kişilərinin bir neçə nəsli,azad qaradərili kişilər,Britaniya adalarından olan azad qadın müstəmləkəçilərlə evləndilər,buna görə uşaqları da azad idi.[9]
Ralf uşaqikən ailəsi,atasının iş axtardığı Ohayo ştatının Toledo şəhərinə köçdü. Bacısı Qreys dünyaya gəldikdən sonra 1909-cu ildə xalası Ethel Consonun köməyi ilə Detroyta qayıtdılar. Ataları Ohayodan qayıtdıqdan sonra ailəsi ilə birgə yaşamadı və ailəsinin maddi cəhətdən təminatçısı olmadı. Ancaq Nyu-Meksikoya köçdükləri zaman onlarla birgə getdi.[8]
Anası və əmisinin səhhətindəki nasazlığa görə Ralf,ana nənəsi Lusi Teylor Conson ilə birlikdə 1915-ci ildə Nyu-Meksiko,Albukerkeyə köçdü. Banç 13 yaşında ikən anası 1917-ci ildə öldü,əmisi üç ay sonra intihar etdi.[8]
1918-ci ildə Lusi Teylor Conson iki nəvəsi ilə birlikdə Cənubi Los-Ancelesin o vaxtlar daha çox ağlar yaşayan mərkəzi məhəlləsinə köçdü. Fred Banç daha sonra yenidən evləndi və Ralf onu bir daha görmədi.[8][10][11]
Banç,parlaq zəkası olan tələbə idi,bitirdiyi Cefferson liseyinin ən istedadlı şagirdlərindən idi. Los-Anceles,Kaliforniya Universitetinə daxil oldu və 1927-ci ildə sinifinin ən yüksək akademik nailiyyətlərə sahib olan olan tələbəsi olaraqdan summa cum laude və Phi Beta Kappadan (ən qədim fəxri tələbə cəmiyyəti (əvvəlcə qardaşlıq)) məzun oldu.[12] Cəmiyyətdəki təhsil üçün topladığı puldan istifadə edirək,Harvard Universitetində məzun təqaüdü ilə siyasət elmləri doktoru dərəcəsi alır.
Harvardda yaşayışını təmin etmək üçün, Banç yerli kitab mağazasında iş axtardı. Sahibi ona part-time iş təklif etdi və Banç mağazanı,müdürünü də qane edərək yüksək səviyyədə idarə etdi. Bir gün sahibi onu ofisə çağırır və deyir: “İnsanlar mənə zənci olduğunu söyləyir. Amma mən deməzdim. Banç onun nə düşündüyünü soruşur. Sahibi cavabında: Səni kifayət qədər aydın görmədim deyə bildirir.[11]
Banç,tarixən qara dərililərin ali təhsil müəssisəsi olan Hovard Universitetinin siyasi elmlər bölməsində dərs deyərkən,1928-ci ildə siyasi elmlər üzrə magistr dərəcəsi və 1934-cü ildə doktorluq dərəcəsi alır. O vaxtlar doktorantların dissertasiyalarını bitirmədən müəllimliyə başlamaları səciyyəvi idi. Amerika universitetlərinin birindən siyasi elmlər doktoru dərəcəsi alan ilk Afroamerikalı idi. İlk kitabını,World View of Race ı,1936-cı ildə nəşr etdirdi.[8] 1936-1938-ci illərdə Ralf Banç London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində,daha sonra Cənubi Afrikadakı Keyptaun Universitetində antropologiya üzrə araşdırmalar aparmışdır.
Banç iyirmi ildən çox müddətdə (1928-1950) Hovard Universitetində siyasi elmlər bölməsinin müdiri vəzifəsində çalışmış və burada bir çox tələbələr yetişdirmişdir. Harvard Universitetinin (1960-1965) alma-mater nəzarəti şurasının üzvü,Beynəlxalq Təhsil İnstitutunun idarə heyətinin üzvü və Oberlin Kollecinin,Linkoln Universitetinin və Yeni Linkoln Məktəbinin qəyyumu idi.
1940-cı ildə Banç araşdırmaçı və yazıçı olaraq, İsveç sosioloqu Qunnar Myurdalın ABŞ-da irqi dinamikanın araşdırmasına,Amerikan Dilemmasına öz töhfəsini verdi.
1941-43-cü illərdə Banç müharibə vaxtı kəşfiyyat xidməti olan Strateji Xidmətlər Bürosunda müstəmləkə işləri üzrə baş sosial analitik olaraq çalışdı. 1943-cü ildə Strateji Xidmətlər Bürosundan Dövlət Departamentinə keçirildi. Eldjer Hissin yanında Müstəqil Bölgə İşləri Bölməsinin Müdir Köməkçisi təyin edildi. Eldjer Hiss ilə yanaşı Banç Sakit Okean Münasibətləri İnstitutunun liderlərindən biri oldu. 1945-ci il Birləşmiş Millətlər Təşkilatının San Fransisko Konfransının ilkin planlaşdırmasında iştirak etdi. 2008-ci ildə ABŞ Milli Arxivlər və Qeydlər İdarəsi onun Strateji Xidmətlər Bürosundakı qeydlərinin 51 səhifəli PDF sənədini onlayn yayımladı.[13]
1944-cü ildə II Dünya müharibəsinin yaxınlığında Banç,Vaşinqtonda keçirilən Dumbarton Oaks Konfransında Birləşmiş Millətlər Təşkilatının planlaşdırılmasında iştirak etdi. 1945-ci ildə rəhbər sənəd hazırlandığı zaman Birləşmiş Millətlər Təşkilatının "Nizamnamə Konfransı" üçün ABŞ nümayəndə heyətinin müşaviri idi. Banç, birinci xanım Eleonora Ruzvelt ilə birlikdə İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsi hazırlanmasında və qəbul edilməsində böyük rol oynadı. Banç afroamerikalıları BMT mövqelərini tutmağa çağırdı. "Zəncilər məşğul olmalı və Birləşmiş Millətlər Təşkilatının qurulmasında bəzi iş yerlərini əldə etməyə hazırlaşmalı idi" dedi. "Hər cür iş olacaq və zəncilər bütün səviyyələrdə iş tapmağa çalışmalıdırlar. İndi hansısa təşkilat bunun üzərində işləməli idi.[14]"
Birləşmiş Millətlər Təşkilatının "Ralf Banç: Barış üçün Vizyoner" sənədinə görə,Birləşmiş Millətlər Təşkilatında 25 illik xidməti dövründə:
... irqindən və inancından asılı olmayaraq hər kəs üçün bərabər hüquq prinsipini müdafiə etdi. Bütün insanların əsas yaxşılığına və insanlar arasındakı münasibətlərdə heç bir problemin həll olunmadığına inanırdı. BMT-nin Qəyyumluq Şurası vasitəsi ilə Banç, sürətli bir dönüşüm dövrü üçün beynəlxalq səhnəyə hazırlaşdı,Afrika və Asiyadakı köhnə müstəmləkə sistemlərini dağıtdı və müharibədən sonrakı dövrdə müstəqilliyə keçid yolu ilə inkişaf etməkdə olan xalqların çoxunun dəstəkçisi oldu.
1947-ci ildən başlayaraq Banç,Fələstindəki Ərəb-İsrail qarşıdurmasını həll etməyə çalışdı. Birləşmiş Millətlər Təşkilatının Fələstin üzrə Xüsusi Komitəsinin köməkçisi və daha sonra BMT Fələstin Komissiyasının baş katibi vəzifələrində çalışdı. 1948-ci ildə BMT tərəfindən münaqişəyə vasitəçilik etmək üçün təyin olunmuş İsveç qrafı Folk Bernadottenin baş köməkçisi olaraq Orta Şərqə getdi. Bu adamlar bazaları və iş qərargahları üçün Rodos adasını seçdilər. 1948-ci ilin sentyabrında Bernadotte,Yitzhak Şamirin rəhbərlik etdiyi yeraltı Yəhudi Lehi qrupunun üzvləri tərəfindən Qüdsdə öldürüldü.
Sui-qəsddən sonra Banç BMT-nin baş vasitəçisi oldu;Rodosla bağlı bütün gələcək danışıqları aparırdı. İsrailin nümayəndəsi Moşe Dayan idi; xatirələrində Banç ilə apardığı həssas danışıqların çoxunun,bilyard masası arxasında aparıldığını bildirdi. Optimist olaraq Banç yerli bir dulusçuya danışıqlar apardığı hər bir nümayəndənin adını daşıyan unikal xatirə lövhələri yaratmağı tapşırdı. Saziş imzalandıqda Banç bu hədiyyələri təqdim etdi. Moşe Dayan əlini uzatdıqdan sonra Bançdan,heç bir razılıq alınmasa nə ola biləcəyini soruşdu. "Lənətə gəlmiş başlarınızın üzərindəki lövhələri sındırardım" deyə Banç cavab verdi. 1949-cu il Sülh Sazişlərinə nail olduğuna görə Banç 1950-ci ildə Nobel Sülh mükafatını aldı. Konqo,Yəmən,Kəşmir və Kipr də daxil olmaqla digər çəkişmələr yaşanan bölgələrdə vasitəçilik edərək Birləşmiş Millətlər Təşkilatında çalışmağa davam etdi. Banç,1968-ci ildə BMT baş katibinin müavini təyin edildi.
Banç,ABŞ-da Vətəndaş Hüquqları hərəkatının ən fəal tərəfdarlarından idi. Martin Lüter Kinqin 1963-cü il mart ayında"Mənim bir arzum var" nitqini söylədiyi Vaşinqton yürüşündə və 1965-ci ildə Alabamadakı Montabomeriyə Selma yürüşündə iştirak etdi. 1965-ci ildəki səsvermə hüquqları qanununun qəbul edilməsinə və səsvermə hüquqlarının federal icrasına kömək etmişdir.[15]
Banç,1953-cü ildən ölümünə qədər Nyu-Yorkun Kuins şəhərindəki Kyu Qadınz məhəlləsində Nobel sülh mükafatından əldə etdiyi pulla aldığı evdə yaşadı.[16] Digər qara dərililər kimi,Banç da ABŞ-da və bəzən öz qonşuluğunda irqçiliyə qarşı mübarizəsinə davam etdi. 1959-cu ildə o və oğlu Ralf Kuinsin Forest Hills məhəlləsindəki Vest Side Tennis klubuna üzv olmaqdan imtina etdilər.[17] Məsələ mətbuatda işıqlandırılandan sonra, klub Bançları üzr istəməyə dəvət etdi. Onları rədd edən məmur istefa verdi. Banç,irqi bərabərliyə əsaslanmadığını və yalnız şəxsi nüfuzuna əsaslanan bir istisna olduğunu söyləyərək təklifi rədd etdi.[10]
Banç heç vaxt kommunist və ya marksist olmadı və bunun qarşılığında Sovet tərəfdarı mətbuatın çox ağır hücumlarına məruz qaldı.[18]
1928-ci ildə Hovard Universitetində dərs deyərkən Banç tələbələrindən biri Rut Harris ilə tanış oldu. Daha sonra görüşməyə başladılar və 23 iyun 1930-cu ildə evləndilər. Cütlyün üç övladı var: Con Harris Banç (1931-ci il),Ceyn Conson Banç(1933-cü il) və kiçik Ralf Banç (1943-cü il).[8] Nəvəsi III Ralf Banç,dünya miqyasında təmsil olunmayan və kənarda qalan millətlərin və xalqların səsini dünyaya çatdırmaq üçün qurulmuş beynəlxalq təşkilat olan Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının baş katibidir.
9 oktyabr 1966-cı ildə qızı Ceyn Banç Pyers Bronks şəhəri Riverdeyldəki yaşayış binasının damından yıxılaraq,öldü; onun ölümünün intihar olduğu düşünülürdü..[8] O,heç bir intihar məktubu qoymamışdı. Kornell Universiteti məzunu və əmək münasibətləri üzrə icraçı direktor olan həyat yoldaşı Burton Pyers ilə 3 övladı var. Onların mənzili binanın ikinci mərtəbəsində idi.[19]
Banç,səhhətindəki nasazlıq səbəbiylə BMT-dəki vəzifəsindən istefa verdi,lakin BMT baş katibi Yu Santın tezliklə geri dönə biləcəyi ümid edildiyi üçün bu açıqlanmadı. Səhhətində heç bir irəliləyiş olmadı və Banç 9 dekabr 1971-ci ildə 67 yaşında öldü. Nyu-Yorkun Bronks şəhərindəki Vudloun qəbiristanlığında dəfn edilmişdir.
Ad | Yer | İl | Qeydlər |
---|---|---|---|
Ralf Banç Evi | Los-Anceles | 1919–1928 | Cənubi Los-Ancelesdəki Los-Anceles Tarixi-Mədəniyyət Abidələrinin siyahısı |
Ralf Banç Evi (Vaşinqton) | Vaşinqton şəhəri | 1941–1947 | Banç üçün tikilmişdir.[29] |
Nyu-York,Kuins bölgəsi,Parkvey qəsəbəsi | Nyu-York,Kuins | 1947–1952 | BMT işçiləri üçün tikilmiş yaşayış kompleksi.[29] |
Ralf Conson Bançın Evi | Nyu-York,Kuins | 1952–1971 | ABŞ Milli Tarixi abidəsi və Nyu-York şəhəri abidəsi.[29] |
Reprint, Port Washington: Kennikat Press, 1968; excerpt in Ralph Bunche: Selected Speeches and Writings, edited by Charles P. Henry
Edited with an Introduction by Dewey W. Grantham. A version of a Ralph Bunche 1941 research memorandum prepared for the Carnegie-Myrdal study, The Negro in America
edited with an Introduction by Jonathan Scott Holloway, A version of The Negro in America
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.