![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/1/1b/R_logo.svg/langaz-640px-R_logo.svg.png&w=640&q=50)
R (proqramlaşdırma dili)
From Wikipedia, the free encyclopedia
R — statistik verilənlərin emalı və qrafika üçün proqramlaşdırma dili, həmçinin GNU layihəsi çərçivəsindəki pulsuz və açıq mənbəli hesablama mühiti. Bu dil Bell Labs-da hazırlanmış S dilinə oxşar şəkildə yaradılıb və dillər arasında əhəmiyyətli fərqlərin olsa da, onun alternativ tətbiqidir, lakin əksər hallarda S dilindəki kod R mühitində işləyir. R ilk olaraq Oklend Universitetinin statistika fakültəsində Ross Ayhek (ing. Ross Ihaka) və Robert Centlmen (ing. Robert Gentleman) (adlarının baş hərfi — R) tərəfindən hazırlanan; hal-hazırda isə R fondu tərəfindən saxlanılan və inkişaf etdirilən dil və mühitdir.[4]
R | |
---|---|
![]() | |
Paradiqmalar | çoxparadiqmalı |
Tipi | interpretasiya olunan |
Yaradılma tarixi | 1993[1] |
Sonuncu versiyası |
|
Sistem tipi | dinamik |
Təsirlənib | S, Scheme |
Əməliyyat sistemi | macOS[3], Microsoft Windows[3] |
r-project.org | |
![]() |
Statistik verilənlərin təhlili proqramı kimi geniş istifadə olunur və statistik proqram təminatı üçün faktiki standarta çevrilmişdir.[5]
Dil və mühit GNU GPL əsasında lisenziyalaşdırılıb; mənbə kodları, həmçinin bir sıra əməliyyat sistemləri üçün tərtib edilmiş proqramlar — FreeBSD, Solaris,[6] Unix və Linux distributivləri, Microsoft Windows, Mac OS X kimi paylanmışdır.
R Commander, RKWard, RStudio, Weka, Rapid Miner, KNIME və ofis paketlərinə inteqrasiya vasitələri kimi müxtəlif qrafiki interfeyslər mövcud olmasına baxmayaraq, R əmr sətirli interfeysdən istifadə edir.
2010-cu ildə R Infoworld jurnalının ən yaxşı açıq mənbəli proqram təminatının inkişafına görə mükafata layiq görülmüşdür.[7]