RIAA sertifikatı
From Wikipedia, the free encyclopedia
RIAA sertifikatı (ing. RIAA certification) — Amerika Səsyazma Sənayesi Birliyi (RIAA) tərəfindən müəyyən miqdarda albom və sinql satışına görə sənətçilərə verilən mükafat. 1958-ci ildə yaradılmış RIAA sertifikatlaşdırma proqramı, bir sənətçinin uğurlarını göstərmək üçün, onların satış rəqəmlərinə əsaslanan sertifikatlar verir. RIAA sertifikatı musiqi sənayesində əhəmiyyətli bir mükafatdır və bir sənətçinin kommersiya uğurlarını sübut edir.