Qul
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qul (ing. Ghoul) — insanabənzər bədheybət. Bu məxluq dünyanın müxtəlif folklorlarında və mifologiyalarında görünür. Qullar qəbiristanlıqlarda peyda olan adamyeyən varlıqlar kimi təsvir olunurlar.
Qulların görünüşü mədəniyyətdən asılı olaraq dəyişir, ancaq o, adətən çirkin və rəzil bir məxluq kimi təsvir olunur. Bir çox hekayələrdə o, insana oxşayan, lakin çürümüş əti, uzun dırnaqları və parlayan gözləri olan bir varlıq kimi təsvir edilir.
Qulların axşamlar ortaya çıxan gecə varlıqları olduğuna inanılır. Onların qəbiristanlıqlarda və ölümlə əlaqəli digər yerlərdə məskunlaşdıqları deyilir. Qullar çox vaxt ölülərin ətini yeyən heyvanlar kimi təsvir olunurlar. Bəzi əfsanələrdə onların təzə basdırılmış cəsədləri qazdıqları, bəzilərində isə insanlara gizlicə hücum edib yedikləri deyilir.
Qulbasdı türk, altay və qafqaz mifologiyalarında pis bir varlıq və onun səbəb olduğu iztirab verici, qorxunc görünüş. Qulyabanı ilə əlaqəli bir anlayışdır. Aleybanı (Alyabanı) və Kuleybanı (Qulyabanı) bəzən birlikdə xatırlanarlar. Aleybanı, Albastının Fars mədəniyyətiylə qarşılıqlı təsirinin bir məhsuludur. Eyni şəkildə Qulyabanı də Qulbastı/Gulbastı ("Ghoul") anlayışının əks olunmasıdır. Yaxın Şərq mədəniyyətlərində Gul insanları aldadan və sonra da öldürən pis ruh və ya canavar olaraq iştirak edər. Kimsəsiz yerlərdə və çöllərdə insanların üzərinə minərək öldürdüyü düşünülür. Bəzi cəmiyyətlər qadın qılığında olduğuna, bəziləri isə gündüzləri məzarda yatıb gecələri gəzdiyinə inanarlar. Tüylü, çox böyük və pis qoxulu olduğu deyilər. Şumer, türk, fars, ərəb və mesopotamiya mədəniyyətlərinin hamısında ortaq bir motiv halına gəlmişdir. Mənşəyinin tam olaraq harada olduğunu müəyyən etmək çox çətindir. Bundan başqa olduğu kimi "Qulbastı" formasıyla Adige dilinə də keçmişdir. Şumercədə iştirak edən təbirlər ilə əlaqəsi olduğu açıqdır.
(Qul/Gul/Kul) kökündən törəmişdir. Qullanmaq "istifadə etmək" feli ilə eyni kökdən gəlir. "Gul" sözcüyü vəhşi heyvan mənasına da gəlir. Monqolca "Qal" (atəş) və Türkcə Al/Hal/Hul/Xul köküylə də əlaqədardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.