From Wikipedia, the free encyclopedia
Qudriç qəsri — İngiltərədə orta əsrlərdə normanlar tərəfindən tikilmiş qəsr. Qəsr İngiltərədə, Herefordşirdəki Qudriç kəndində yerləşir. Vaxtilə Monmut və Ros-on-Vye bölgələri arasından açar yer olub. Qəsri Mepstonlu Qodrik saldırıb. Tarixçi Adrian Pettifer qeyd eləmişdi ki, bu qəsr İngiltərənin ən gözəl qəsridir və İngiltərə hərb memarlığının gözəl nümunəsidir.
Qudriç qəsri | |
---|---|
Goodrich Castle | |
51°52′36″ şm. e. 2°36′56″ q. u.HGYO | |
Ölkə | Böyük Britaniya |
Şəhər | Herefordşir |
Yerləşir | İngiltərə |
Sifarişçi | Mepstonlu Qodrik |
Tikilmə tarixi | 1101 |
Vəziyyəti | xarabalıqları qalıb |
Rəsmi sayt | english-heritage.org.uk/… |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qudriç qəsri güman ki, Normanların İngiltərəni işğal etməsindən sonra taxta materialdan tikilib. Sonra qəsrin orjinalı XII əsrin ortalarında daşdan istifadə olunaraq tikildi. XIII əsr boyunca qəsr əhəmiyyətli dərəcədə genişlədi və böyüdü. Qudriç qəsrinin dizaynı və quruluşu illərcə İngiltərənin bir çox tikilisində istifadə olundu. Tüdorlar sülaləsinin qəsrdən istifadə etməsindən əvvəl buranı dövrün güclü və nüfuzlu ailəsi olan Talbot ailəsi iqamətgah kimi seçmişdi.
1646-ci ildə İngiltərə vətəndaş müharibəsi illərində Con Briçin başçılıq etdiyi hərbi qüvvələr qəsri mühasirəyə aldılar. Onlar bu mühasirədə "Uğultulu Meq" toplarından istifadə etmişdilər. Nəticədə qəsr dağılmışdı. XIX əsrdə qəsrin mənzərəli qalıqları bir çox poemaya və rəsmə mövzu olmuşdur. Qudriç qəsri yazıçı Villiam Vordsvorta 1798-cı ildə "Biz yeddiyik" poemasını yazmağa ilham vemişdir. Hazırda qəsr ərazisi İngilis İrsi statusu ilə qorunur və ictimaiyyətə açıqdır.
Qəsrin mövcudluğu 1101-ci ildən məlumdur və onu yerli Anqlo-Sakson mülkədarı olan 1086-cı ildə bir kitabda adı çəkilən Mepstonlu Qodrik tərəfindən tikildiyi güman olunur. Lakin kraliça Viktoriya dövrünün tarixçiləri inanırdılar ki, qəsr Norman işğalından əvvəlki dövrdə, daha dəqiq, İngiltərə kralı Kanutun hakimiyyəti dövründə salınıb və Uelslə sərhəddə istehkam kimi istifadə olunub.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.