From Wikipedia, the free encyclopedia
Qucarat sultanlığı — Hindistanın qərbindəki Qucaratda XV-XVI əsrlər arasında hökm sürən müsəlman dövlət.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
1298-ci ildə Əlaəddin Xələcin ələ keçirdiyi Qucarat bu tarixdən sonra Dehli sultanlarının təyin etdiyi valilərin idarəsinə daxil oldu.[1] 1391-ci ildə III Məhəmməd tərəfindən Qucarat valiliyinə təyin olunan Zəfər xan, Tuğluqoğulları sülaləsinin çöküşündən yararlanaraq 1407-ci ildə Müzəffər şah (I Müzəffər) adıyla müstəqilliyini elan etdi. Nəvəsi I Əhməd (hökmdarlığı 1411-1442) sultanlığın gücünü ve nüfuzunu artırarak Qucarattaki Hindu racələrinin yanı sıra Malva, Xandeş və Dekkanın müsəlman sultanlarıyla savaşlar apardı. Paytaxtı, Anahilvaradan 1411-ci ildə qurdurduğu Əhmədabada daşıdı. Dövlətin ən uzun səltənət sürən hökmdarı Mahmud Begra (hökmdarlığı 1458-1511), Hindulara qarşı hazırladığı səfərlərlə Çampaneri alaraq buranı Məhəmmədabad adıyla paytaxt etdi. Mahmud Begranın hökmdarlığının sonuna doğru, Qərb və Cənubi Hindistanda Portuqallar yeni bir güc olaraq ortaya çıxdı. Portuqalların Hind ticaretini neredeyse tümüyle ələ keçirmələri, Misirli və Qucaratlı tüccarları çətin durumda bıraxdı. Mahmud Begra, Portekizlilere qarşı 1508-ci ildə Memlük sultanı Kansu Qavri ilə ittifaq qurduysa da, ardından Portuqallarla sülh bağlamaq məcburiyyətində qaldı.
1535-ci ildə Malvanı ələ keçirən Bahadır şahın (hökmdarlığı 1526-1537) Portuqallar tərəfindən öldürülməsindən sonra Qucarat sultanlığı parçalanmağa başladı. Sultanlığın idarəsi 1537-ci ildə qısa bir müddət Xandeş hökmdarı Miran I Məhəmmədin əlinə keçdi. III Mahmud (hökmdarlığı 1537-54), III Əhməd (hökmdarlığı 1554-1561) və III Müzəffər (hökmdarlığı 1561-1573) dönəmləri soylular arasındaki iqtidar mücadələləriylə keçdi. 1573-cü ildə Türk-Hind hükümdarı Böyük Əkbər, Qucaratı alarak sultanlığın varlığına son verdi. III Müzəffər 1583-1593-cü illər arasında Qucarata yeniden hakim olmaq üçün çaba-çalışma göstərdiysə də, uğur qazana bilmədi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.