Qruzuqol trestinin binası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qruzuqol trestinin binası – Tbilisi şəhərində 1953-cü ildə memarlar Konstantin Çxeidze və Mixail Çxikvadzenin layihəsi əsasında inşa edilmiş inzibati binasıdır. Rustaveli prospekti 52 ünvanında yerləşən bina, prospektin ən son ünvanlarından biridir. Hazırda bina Gürcüstan Elmlər Akademiyasına məxsusdur. Həmçinin binada Gürcüstan Kinematoqrafçılar İttifaqının ofisi yerləşir. Binanın Rustaveli prospektinə baxan əsas fasadındakı kollonadanın altında yerli sakinlər hər gün suvenir ticarəti ilə məşğul olurlar.
Qruzuqol trestinin binası | |
---|---|
41°42′11″ şm. e. 44°47′27″ ş. u. | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi, Rustaveli prospekti |
Aidiyyatı | Gürcüstan Elmlər Akademiyası |
Memar |
Konstantin Çxeidze Mixail Çxikvadze |
Tikilmə tarixi | 1953 |
Üslubu | Stalin ampiri |
Vəziyyəti | qənaətbəxş |
Vikianbarda əlaqəli mediafayllar |
1955-ci ildə məşhur “Layihələndirmə və inşaatda artıqlıqların aradan qaldırılması haqqında” qaydanın qüvvəyə minməsindən sonra, bina, (Stalin amprinin digər nümunələri kimi) ciddi tənqidlərə məruz qalmışdır:
Tbilisi şəhərində “Qruzuqol” kombinatının inzibati binasının (memarlar Çxikvadze və Çxeidze) tikilməsi zamanı, 55 metr hündürlüyə malik, inşası 3 milyon rubla başa gəlmiş və praktiki olaraq istifadə edilməyən qüllə inşa edilmişdir; həmin binanın fasadlarının üzlənməsinə 8.1 milyon rubl və ya başqa sözlə desək, ümumi inşaat xərclərinin 33 faizi sərf olunmuşdur.[1] |
Binanın memarlığı eklektika üslubunda həll edilmişdir. Binanın əsas fasadında yerləşən eyvanların memarlığında mavritan memarlığının təsiri aydın hiss olunur.
SSRİ yazıçısı Leonid Volınski “Gecənin içindən” (rus. Сквозь ночь, 1974) adlı kitabında, binanın memarlığının 1923-cü ildə Stokholm ratuşasını inşa etmiş İsveç memarı Raqnar Estberqin işlərindən götürüldüyünü qeyd edir. Stokholm ratuşası və Qruquqol trestinin binası küncdə qüllə ilə birləşdirilən oxşar fasad strukturuna malikdir.
Binanın fasadlarının üzlənməsi zamanı tuf daşından istifadə edilmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.