From Wikipedia, the free encyclopedia
Qrimsey (isl. Grímsey) — Qrenland dənizində, İslandiyanın Nordürland-Eystra bölgəsinə aid olan ada. Adanın sahəsi 5,3 km²-dir. 2020-ci ilin yanvar ayına olan məlumata görə əhalinin sayı 61 nəfərdir[1]. Əhalinin sıxlığı 11,51 nəf/km²-dir. Qrimsey İslandiyanın ən şimal məskunlaşma olan ərazisidir. Sandvik kəndi adada yeganə yaşayış məntəqəsidir.
Qrimsey adası | |
---|---|
isl. Grímsey | |
Ümumi məlumatlar | |
Sahəsi | 5,3 km² |
Uzunluğu |
|
Eni | 1,9 km |
Hündür nöqtəsi | 105 m |
Əhalisi | 61 nəfər (2020-ci il) |
Yerləşməsi | |
66°32′37″ şm. e. 18°00′05″ q. u.HGYO | |
Ölkə | İslandiya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qrimsey adası İslandiya sahillərindən 40 kilometr şimalda, Şimal Qütb dairəsi xəttində yerləşir. İslandiyada Qütb gündüzlərinin olduğu yeganə yerdir[2] . Qrimsey adasının ən yüksək nöqtəsi dəniz səviyyəsindən 105 metr yüksəkliyə çatır[3].
Adada köpək və pişik saxlamaq qadağandır. Səbəb isə burada şimal dəniz quşlarının böyük koloniyasının olmasıdır: adi təmizçi, qaqaralar və müxtəlif növ qağayılar.
İqtisadiyyat kommersiya balıqçılığına əsaslanır. Kənd təsərrüfatı və dəniz quşu yumurtalarının toplanması da vardır. Turizm inkişaf edir. Adanın şimal hissəsində, Şimal Qütb dairəsindən kənarda, Aküreyriyə uçuşlar olan kiçik bir hava limanı var. Dalvikdən Qrimseyə həftədə üç dəfə, adətən istənilən havada və bütün il boyu bərə vardır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.