Qoveştisa mağarası
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Qoveştisa (serb. Говјештица / Govještica) — Bosniya və Herseqovina ərazisində yerləşən böyük karst mağarası. Mağara Drina çayının sol qolu olan Praçanın yatağında yerləşir. Ərazi Romaniya bölgəsinin dağlıq massivinə daxildir. Mağara administrativ baxımdan Serbiya və Bosniya və Herseqovina ərazisinə aid olan Roqatisa şəhərinin 21 km-də yerləşir.
Qoveştisa mağarası | |
---|---|
serb. Говјештица | |
| |
Ümumi məlumatlar | |
Uzunluğu | 9682 m |
Kəşf tarixi | 1906 |
Tipi | karst |
Ətraf süxurları | əhəng daşı |
Yerləşməsi | |
43°51′36″ şm. e. 18°40′12″ ş. u.HGYO | |
Ölkə | Bosniya və Herseqovina |
Vilayət | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mağara uzun müddət insanlara məlum olmayıb. XX əsrin əvvələrində, 1906-cı ildə Saraevo - Vişeqrad dəmir yolu çəkilişləri zamanı yamacın uçması nəticəsində mağaranın girişi açılmışdır. İlk dəfə mağaranın öyrənilməsi 1911-ci ildə həayata keçirilmiş və 100 metrlik hissəsi araşdırılmışdır. Araşdırmaların davam etdirilməsi çətinləşmiş və xüsusi vasitələrsiz bunu etmək mümkünsüz idi. Uzun müddət mağara turitlərin sevimli məkanı olmuş və ciddi elmi araşdırma aparılmamışdır. 1960-70-ci illərdə mağara haqqında çox qısa bioloji ve palentoloji ədəbiyyatda məlumatlar göstərilmiş.[1] Mağaranın ilk ciddi öyrənilməsi 2010-cu ildə həyata keçirilmiş. Əraziyə Bolonya və Novaradan italyan speleoloqlar dəvət olunmuş və yerli mütəxəssislərlə birgə araşadırmaya başlanılmış. Qısa müddətə böyük uğur əldə edilmiş: mağaranın xəritəsi tərtib edilmiş, 1200 metril mağaranın hissəsi yetərincə öyrənilmişdir. 2010-2013-cü illərdə bir-neçə elmi ekspedisiya təşkil edildi və mağara girişi yaxınlığında elmi düşərgə qurulmuşdur. Sonrakı tədqiqatlar nəticəsində mağara uzunluğunun 3800 metr, 2012-ci ildə - 7715 metr, 2013-cü ildə isə - 9682 metr olduğu müəyyən edilmiş.[2] Bununla da Qoveştisa mağarası Bosniya və Herseqovinanın ən böyük mağarası olması rəsmən təsdiq edildi. O uzunluğu 7200 metr olan Peçin və 6700 m olan Vetrensu mağarasından daha uzundur. Qoveştisa mağarası Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi təşkilatının qorunan obyektlər siyahısına daxildir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.