Qazaxıstan milli parklarının siyahısı
From Wikipedia, the free encyclopedia
Qazaxıstan milli parklarının siyahısı — Qazaxıstan Respublikası tərəfindən qorunması və davamlı istifadəsi üçün nəzərdə tutulmuş ərazilərin siyahısı. 2016-cı ilə aid olan məlumata görə Qazaxıstanda 12 milli park fəaliyyət göstərir; daha 3 milli parkın da qurulması planlaşdırılır. Qazaxıstanın ilk milli parkı 1985-ci ildə Pavlodar vilayətində yaradılmış Bayanaul Milli Parkıdır. 12 milli parkdan 10-nun ərazisi yalnız 1 vilayətdə, 2-sinin ərazisi isə 2 vilayətdə yerləşir. Ərazisində ən çox milli parkın olduğu vilayət isə Almatı vilayətidir. Bu vilayətdə 5 milli park var.