From Wikipedia, the free encyclopedia
Qazaxıstan alçaq təpəliyi (Сары́-Арка́, Центрально-Казахстанский мелкосопочник, qaz. Сары Арқа — «sarı silsilə») — Qazaxıstannın mərkəzi hissəsində alçaq dağlıq ərazidən ibarət olan çöl. Alçaq təpəliyinin qərbində Turqay vadisi, şimal-şərqində İrtış çayının vadisi, şimalda Qərbi-Sibir düzənliyi, cənub-qərbdə Turan ovalığı yerləşir. Şərqdən-qərbə 1200 km təşkil edir. Eni qərbdə 900 metr, şərqdə isə 400 metr təşkil edir. Mərkəzi hissəsində Karkalin Milli parkı yerləşir. Maksimal hündürlüyü 1565 metr olan Aksoran dağıdır. Cənub-qərbdə Ulıtay (1133 m), şimalında Kokçevat yüksəkliyi (947 m), şərqində Çingiztau (1077 m), Aktaşau (1305 m) yüksəklikləri yerləşir. Ərazisində yerləşən Naurzum və Korqaljın qoruqları YUNESCO ümumdünya irsi siyahısını daxil edilmişdir.
Qazaxıstan alçaq təpəliyi | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 1565[1] |
Yerləşməsi | |
48° şm. e. 73° ş. u. | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxıstan alçaq təpəliyi çoxlu çaylara sahib olmasına baxmayaraq heç biri gəmiçiliyə yararlı deyildir.
İri çayları - İşim, Nura, Sarısu, Siletı, Şidertı, Tokırau. Çayları əsasən qar suları və yeraltı suları ilə qidalanır. Yay ayları bir qayda olaraq suyu azalır. Çoxu isə tamamən quruyur. Daimi axar ancaq İşim çayında müşahidə edilir. Regionun şirin suya olan ehtiyacını ödəmək məqsədi İrtış-Karaqanda kanalı inşa edilmişdir. Ərazisində çoxlu dayda duzlu göllər vardır.
Qazaxıstan alçaq təpəliyi okean və dənizlərdən uzaq olması səbəbi ilə iqlimi kontinentaldır. Əsasən Sibir antisiklonu və arktik hava kütlələrinin təsirinə məruz qalmışdır. Yanvar ayının orta temperaturu −14°С −18°С, maksimal temperaturu −46°-48°С təşkil edir. Yayı quraq, isti keçir. İyul ayının orta temperaturu +20°С +24°С, maksimal temperatur isə +42 °C təşkil edir. Orta illik temperatur şimalda 200–300 mm, cənubda 300–400 mm təşkil edir. Maksimal yağıntı isı 480 mm təşkil edir.
Qazaxıstan alçaq təpəliyi olduqca güçlü şəkildə dağıntıya məruz qalmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.