Qatırdırnağı (lat. Spartium junceum və yaxud lat. Genista juncea) — paxlakimilər fəsiləsindən bitki növü. Əslən Aralıq dənizi sahillərindəndir. Qatırdırnağı, xüsusilə toxumları, çox zəhərlidir. Təmasda olduqda ilk öncə mərkəzi sinir sisteminə təsir edir.

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Qatırdırnağı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qatırdırnağı
Beynəlxalq elmi adı
Bağla

Təsviri

İncə yaşıl yarpaqlı, yaxud çox vaxt, yarpaqsız tumurcuqları olan 2-3 (5) m. hündürlüyündə bitkidir. Yarpaqları 1-2,5 sm. uzunluğunda göyümtül-yaşıl, çiçəkləri 2,5 sm. uzunluğunda parlaq sarı rəngdə və ətirlidir. Əsasən, may-iyun aylarında çiçək açır. Toxumları qəhvəyi və parlaqdır.

İstifadəsi

Qatırdırnağı - isti sevən və quraqlığa davamlı bitkidir. 14-15°С-də donur. Quru, tez isinən sərt qayalıqlarda yaxşı yetişir. Kökləri möhkəm və dərindir. Ətirli çiçəklərindən efir yağlarının alınmasında istifadə olunur. Dəniz sahilində yaxşı yetişir. Çiçəklənmə dövründə sıx və dekorativ kolu xatırladır. Qafqaz və Krımın Qara dəniz sahillərində çox təsadüf edilir.

Təbii yayılması

Aralıq dənizi sahili ölkələrində, Kiçik Asiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2–3 m olan, şırımlı, yaşıl budaqlı koldur. İlk baxışda sanki yarpaqsız koldur. Yarpaqları sadə, tökülən, növbəli düzülüşlü, neştərvari və ya uzunsov, bir qədər sərt olub, orta damarı aydın seçilən, uzunluğu 2-4 sm, eni 2–4 mm-dir. Çiçəkləri ətirli, çiçək saplağı qısadır. Uzun salxımlarda toplanmışdır. Kasacığı şəffaf, şişkin, 7–9 mm uzunluqda, yuxarı tərəfdən qaidəsinədək kəsik, alt tərəfdən 5 qısa, iti dişciklidir. Tacı tünd sarı, ucu sivri, uzunluğu 17–25 mm-dir. Paxlası xətvari, yetişdikdə qaralan, yuxarıya doğru dik duran, yastı, çox toxumlu, uzunluğu 6-8 sm, eni 6–7 mm-dir. Toxumları şabalıdı rəngdə olub, uzunsovdur. May-iyul aylarında çiçəkləyir, meyvəsi iyul-avqust aylarında yetişir. Paxlalarından bəzisi qışadək kolun üzərində qalır. Abşeronda oktyabr ayında ikinci çiçəkləməsi müşahidə olunur. Toxumla çoxalır.

Ekologiyası

Quraqlığa davamlı, torpağa az tələbkardır. Abşeronun torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

Abşeron yarımadasında, Kür-Araz ovalığında, Gəncə, Lənkəran, Zaqatala və digər şəhərlərin yaşıllıqlarında təsadüf edilir.

İstifadəsi

Dekorativ bitki kimi tək və qrup əkinlərində istifadə edilə bilər.

İstinadlar

Ədəbiyyat

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.