Qasım Süleymani
General Qassim Soleimani / From Wikipedia, the free encyclopedia
Qasım Süleymani (fars. قاسم سلیمانی; 11 mart 1957[2][3], Qənati-Məlik, Kirman ostanı, Pəhləvilər İranı[d] – 3 yanvar 2020[4][5][…], Bağdad Beynəlxalq Hava Limanı[d], İraq[4][6]) — İranın İslam İnqilabı Keşikçiləri Korpusunun General-mayoru. 1998–2020-ci illər aralığında ölkə xaricində keçirilən gizli hərbi əməliyyatlar icra edən xüsusi hərbi birləşmə olan Qüds qüvvələrinin komandiri olub. Hərbi karyerasına 1980-ci illərdə İran-İraq müharibəsinin başlanğıcında 41-ci Tarallah divizionunun (bəzən Sarallah da deyilir) komandiri olaraq başlamışdır. İraqda Səddam əleyhdarı olan şiə və kürd qruplaşmalarına, daha sonra Livanda təşkilatlanan Hizbullah və Fələstinli hərbiləşdirilmiş təşkilat Həmasa hərbi dəstək verən əməliyyatlarda iştirak edib. 2012-ci ildə Suriyada vətəndaş müharibəsi əsnasında İranın müttəfiqi kimi Suriya hökumətini dəstəklədi. Süleymani 2014–15-ci illərdə İŞİD-ə qarşı vuruşan birləşmiş İraq hökuməti və yerli Şiə qüvvələrinə (Həşdi Şabi qruplaşması) dəstək verdi. Onun üsulları ittifaqa və hərbi-strateji diplomatiyaya hərbi və maliyyə yardımının birləşməsinə gətirib çıxarıb.
Sərdar Qasım Süleymani | |
---|---|
fars. قاسم سلیمانی | |
Şəxsi məlumatlar | |
Ləqəbləri |
Hacı Qasım (İranda və Şərq ölkələrində)[1] Kölgə Komandir (Qərb ölkələrində) |
Doğum tarixi | 11 mart 1957(1957-03-11)[2][3] |
Doğum yeri |
|
Vəfat tarixi | 3 yanvar 2020(2020-01-03)[4][5][…] (62 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | hava zərbəsi[6] |
Dəfn yeri |
|
Dəfn tarixi | 7 yanvar 2020 |
Vətəndaşlığı | |
Uşağı | 6 |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | İran |
Qoşun növü | İslam İnqilabı Keşikçiləri Korpusu |
Xidmət illəri | 1979 - 2020 |
Rütbəsi | Sərləşgər |
Vəzifəsi | Qüds qüvvələrinin komandiri |
Döyüşlər |
Döyüşlərə bax
İran-İraq müharibəsi (1980–1988)[7]
İran Kürd Demokratik Partiyası üsyanı (1989–96) Cənubi Livan münaqişəsi (1985–2000) Əfqanıstan müharibəsi[9]
İran–İsrail konflikti
2014–2017 İraq vətəndaş müharibəsi
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |