Qarışqalar
From Wikipedia, the free encyclopedia
Qarışqalar (lat. Formicidae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinə aid heyvan fəsiləsi. Tropik ölkələrdə geniş yayılmışdır. Qafqazda 160-dan çox, Azərbaycanda 90-a qədər növü məlumdur.[1]
Qarışqalar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tactopoda Tip: Klad: Pancrustacea Yarımtip: Sinif: Ranqsız: Dicondylia Yarımsinif: Budaq: Metapterygota İnfrasinif: Ranqsız: Eumetabola Dəstəüstü: Hymenopterida Dəstə: Ranqsız: Unicalcarida Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Formicoidea Fəsilə: Qarışqalar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Qarışqalar milyonlarla ildir mövcud olublar və arıya bənzər əcdadlardan təkamülləşdiyi güman edilir. Qarışqalar dinozavrlarla eyni dövrdə yaşamış, dinozavrlar müəmmalı şəkildə məhv olsalar da, onlar yaşamağa davam etmiş, hər bir şəraitə uyğunlaşmışlar. Qarışqaların ömrü növündən asılı olaraq dəyişə bilər, bəziləri cəmi bir neçə həftə yaşayır, bəziləri isə bir neçə il yaşaya bilər. Qarışqalara, qidaları tapıldıqdan sonra yuvaya geri qayıtdıqları zaman keçdikləri yolun üstünə vücud sonundakı ifraz şirələri vasitəsilə kimyəvi işarələr qoymaq xasdır. Yuvadakı digər işçilərin də eyni yolu təqib edərək qida qaynağını tapmaqda bu işarələr yardımcı olurlar. Bir neçə dəqiqədən sonra təsiri gedən bu iz qoxularının davamlı olaraq yenilənməsi lazımdır. Qarışqaların ünsiyyət sistemi pozulduqda ölüm spiralı kimi tanınan bir hadisə baş verir. Bu zaman qarışqalar bir-birini izləyir və sonda ölürlər. Digər tərəfdən koloniyaya yaxınlaşan bir təhlükə seziləndə, fərqli quruluşda diqqət qoxuları ifraz edilməkdə, təhlükə digər fərdlərə dərhal bildirilərək çox qısa müddətdə həmin yer tərk edilməkdədir.
Qarışqalar on minlərlə fərddən ibarət koloniyalarda yaşayan sosial həşəratlardır. Bəzi qarışqa növlərinin xüsusi işçiləri var, məsələn, müdafiə üçün böyüdülmüş çənələri olan əsgər qarışqaları və yem axtarışı və ya yuva qurmaq kimi ixtisaslaşdırılmış işlərə uyğunlaşan işçi qarışqalar. Hər bir qarışqanın evi, işi vardır, hər bir qarışqa öz işini kənardan nəzarət edilmədən mükəmməl şəkildə yerinə yetirir. Qarışqalar yeraltı səltənətlərini mahir bir üslubda yaradır – bəzi alimlər bu səltənəti yeraltı şəhər adlandırırlar. Bu şəhər yerin 8-11 metr dərinliyində və 50 metr uzunluğunda olur. Qeyd etmək lazımdır ki, iki ventilyasiya sistemi ərsəyə gətirilir; birinci vasitəsilə bütün yeraltı səltənətə yuxarıdan daima təmiz hava-oksigen daxil olursa, ikincidən daimi olaraq içəridəki ağır hava-zəhərli qazlar yuxarı – yerin üstünə doğru ötürür. Qarışqalar yuvalarının ağzında ora başqa heç bir canlının daxil ola bilməməsi üçün labirintlər qururlar.
Argentinada yarpaqkəsən qarışqa növü yaşayır. Bu qarışqalar gün ərzində yarpaq, müxtəlif bitki növlərini: gülləri, çiçəkləri, otları kəsərək yuvalarına daşıyır, burada daha kiçik həcmdə olan qarışqalar həmin bitkiləri horra halına salır. Yerin altında göbələk yetişdirən bu qarışqa növü həm də zəhərli bitki növlərini də zəhərsizləşdirmək qüdrətinə malikdir. Yetişdirdikləri göbələklər isə xüsusi bir bitkidir və bu göbələklər qarışqalar üçün təbii antibiotik rolunu oynamaqdadır. ABŞ-nin cənubunda yaşayan qırmızı, yaxud odlu qarışqaların zəhərləri isə daha güclüdür. Bu ərazidə digər bir qarışqa növü də var ki, onlar istənilən həşəratın qorxduğu odlu qarışqalardan çəkinmir. Bu qarışqalar odlu qarışqaların olduqca güclü hesab edilən zəhərlərini neytrallaşdırmaq qüdrətinə malikdirlər.
Qarışqa koloniyaları bir superorqanizm kimi fəaliyyət göstərir, çünki fərdi qarışqalar ortaq bir məqsədə doğru koordinasiyalı şəkildə birlikdə işləyirlər. Bu canlılarda yerin maqnit sahəsini aşkar etmək qabilliyəti vardır ki, bu da qarışqalara yollarını asanlıqla müəyyənləşdirməkdə kömək edir. Maqnit sahəsinin göstərişi onları düzgün yola istiqamətləndirir. Bu canlılar çəkilərindən 10 dəfə, hətta 100 dəfə artıq yük götürmək bacarığına malikdirlər. Afrikanın şərqində qaçan qarışqalar yaşayırlar ki, onlar çəkilərindən 5000 dəfə çox yük qaldırmağı bacarır. Qarışqalar saniyədə 7 sm irəliləmək bacarığındadır. Alimlərin söylədiyi faktlara əsasən, hazırda Yer Kürəsində 10 kvadrillin qarışqa yaşamaqdadır. Qarışqaların qəbristanlığı vardır və bu qəbiristanlıq daha qədimdir. Avstraliya alimi Endrü Bitti qarışqa zəhərindən ən yeni antibiotiklər əldə etməyin mümkünlüyünü göstərib. Alimlərin fikrincə, qarışqa zəhəri, potensial olaraq dərman məqsədləri üçün istifadə oluna bilən antiviral, iltihab əleyhinə və ağrı kəsici maddələr ehtiva edir.