Qaradağlı (Goranboy)
Goranboy rayonunda kənd From Wikipedia, the free encyclopedia
Goranboy rayonunda kənd From Wikipedia, the free encyclopedia
Qaradağlı — Azərbaycan Respublikasının Goranboy rayonunun Qaradağlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Qaradağlı | |
---|---|
40°39′07″ şm. e. 46°32′48″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Goranboy rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 342 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 3040 (2009) nəfər |
Qaradağlı kəndi Kürəkçayın (Kürün qolu) sahilində, Gəncə-Qazax düzənliyindadir.[2]
Yaşayış məntəqəsi mənşəcə Səfəvilərin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının adından almışdır. Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir. XX əsrin 60-cı illərinədək Ermənistan ərazisində Qaradağlı adlı kənd qeydə alınmışdır.[3]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 3040 nəfər əhali yaşayır.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.