Qaraciyər
From Wikipedia, the free encyclopedia
Qaraciyər (yun. hepar, lat. jecur) — insanda uzunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığında olan vacib orqan. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir.
Qaraciyər | |
---|---|
| |
| |
Latınca | Jecur |
Yunanca | Hepar |
İltihabı | Hepatitis |
Qrey | subyekt 250 1188 |
Sistem | Həzm |
Arteriya | Qaraciyərin xüsusi arteriyası – lat. art. hepatica propria |
Vena | Qapı venası – lat. vena portae |
Sinir |
Sol azan siniri – lat. n vagus sinister, Günəş kələfindən (lat. plexus celiacus) ayrılan qaraciyər kələfi – lat. plexus hepaticus |
Limfa |
lat. nodi lymphatici mediastinales posteriores et phrenici, lat. nodi lymphatici hepatici et celiaci, lat. nodi lymphatici gastrici dextri |
Embrional | Proenteron |
MeSH | Liver |
Vikianbarda əlaqəli mediafayllar |
Qaraciyərin iki səthi: yuxarı çıxıq diafraqma səthi – lat. facies diaphragmatica (facies superior – BNA) və aşağı basıq visseral səthi – lat. facies visceralis (facies inferior – BNA). Yuxarı səthi peritondan əmələ gəlmiş lat. lig. falciforma hepatis vasitəsilə iki paya bölünür: sağ pay – lat. lobus hepatis dexter və sol pay – lat. lobus hepatis sinister; sağ pay sol paydan böyük və qalındır. Diafraqma səthində yuxarı hissə – lat. pars superior, ön hissə – lat. pars anterior, sağ hissə – lat. pars dextra və dal hissə – lat. pars posterior (facies posterior – BNA) ayırd edilir. Aşağı səthi bir az arxaya çevrilmişdir və üzərində üç şırım vardı: biri kındələn – qaraciyər qapısı – lat. porta hepatis və ikisi boylamadır (sağ və sol). Bu şırımlar hamısı bir yerdə "H" hərfinə bənzəyir. Sağ boylama şırımın ön hissəsində ödlük və arxa hissəsində aşağı boş vena yerləşmişdir, ona görə ın hissəyə ödlük çuxuru – lat. fossa vesica felleae, arxa hissəyə – lat. sulcus (fossa – BNA) venae cavae deyilir.