Qarışqa-adam (film)
From Wikipedia, the free encyclopedia
Qarışqa-adam (ing. Ant-Man, rus. Человек-муравей) — Marvel Studios tərəfindən 2015-ci ildə çəkilən super qəhrəman film. Film komiks dünyasında Qarışqa-adam kimi tanınan iki şəxsin — Skott Lenq və Henk Pimdən bəhs edir. Film Marvel Film Dünyasının 12-ci filmidir. Peyton Ridin rejissoru olduğu filmin əsas rollarında Pol Radd, Evencelin Lilli, Kori Stol, Maykl Duqlas, Maykl Pena, Bobbi Kannavale, Klifford Cozef, Antoni Maki oynamışdır. Filmin senarisi Co Korniş, Edqar Rayt, Adam Makkay və Pol Radd tərəfindən yazılmışdır. Filmin senarisinə görə Skatt Lenq Qarışqa-adam olmalı, Henk Pimin texnologiyasını qorumalı, Sarı Jaketə qarşı mübarizə aparmalı və dünyanın təhlükəsizliyini təmin etməli idi.
Qarışqa-adam | |
---|---|
Ant-Man | |
Janr | döyüş filmi[1][2][…], elmi-fantastika filmi[3][4][…], superqəhrəman filmi, macəra filmi[5], komediya filmi |
Rejissor | Peyton Rid |
Prodüser | Kevin Feyc |
İcraçı prodüserlər | Sten Li[6], Edqar Rayt[d][7] |
Əsərin müəllifi | Sten Li |
Ssenari müəllifləri |
Edqar Rayt Co Korniş Adam Makkay Pol Radd |
Baş rollarda |
Pol Radd Evancelin Lilli Kori Stoll Bobbi Kannavale Maykl Penya Klifford Cozef Antoni Maki Vud Harris Cudi Qrir Deyvid Dasmalçian Maykl Duqlas |
Bəstəkar | Kristofer Bek |
Montajçı | Den Lebental[d][6] |
İstehsalçı | Marvel Studios |
Distribütor | Walt Disney Studios Motion Pictures[d][7], Fórum Hungary[d][8], Disney+ |
İlk baxış tarixi | 29 iyun 2015 |
Filmin növü | fantastika |
Müddət | 117 dəqiqə[9] |
Büdcə | 130 milyon $[10] |
Gəlir | 401,4 milyon $[11] |
Ölkə | ABŞ |
Dil | ingilis |
Sonrakı film | Qarışqa-adam və Eşşək arısı |
Rəng | rəngli |
Çəkiliş yeri | San-Fransisko[6], Atlanta[6] |
IMDb | ID0478970 |
Vikianbarda əlaqəli mediafayllar |
Film üzərində işlər 2006-cı ilin aprelində Co Korniş və Edqar Raytın senari yazması ilə başlamışdır. Senarinin yazılması 2011-ci ilin aprelində bitmiş, 2012-ci ilin iyulunda Rayt sınaq görüntülərinin çəkilməsinə start vermişdir. Çəkilişlər 2013-cü ilin oktyabrında Raytın "Dünyanın sonu" filmi üzərində işini bitirməsindən sonra başlamışdır. 2013-cü ilin dekabrında film üçün aktyor seçimləri start götürmüşdür və Paul Radd Skott Lenq rolu üçün seçilmişdir. 2014-cü ilin mayında Rayt layihədən çıxmış, əvəzinə filmin rejissoru Peyton Rid olmuşdur. Radd və Makkay senariyə əlavələr etmişdirlər. Əsas çəkilişlər avqust-dekabr 2014-cü il tarixlərində Atlantada və San-Fransiskoda baş tutmuşdur.
"Qarışqa-adam" premyerasını 29 iyun 2015-ci ildə Los-Ancelesdə etmişdir. Şimali Amerikada 17 iyul, Azərbaycanda isə 16 iyul tarixindən kinoteatrlarda göstərilmişdir.