Qalmaqal (V mövsüm)
From Wikipedia, the free encyclopedia
Qalmaqal teleserialının beşinci mövsümünün premyerası 24 sentyabr 2015-ci ildə ABŞ-nin ABC[1] telekanalında baş tutmuş, yekun seriya isə 12 may 2016-cı ildə efirə verilmişdir. Beşinci mövsümdə də serialın şourenneri Şonda Rayms olmuş, mövsüm ABC Studios və ShondaLand Production tərəfindən istehsal edilmişdir.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 21 |
Orijinal kanal | ABC |
Orijinal efir | 24 sentyabr 2015 (2015-09-24) – 12 may 2016 (2016-05-12) |
Sonrakı → VI mövsüm | |
Qalmaqal teleserialının seriyaları |
Beşinci mövsümdə Oliviya Poup və onun böhran menecmenti firmasının hekayəsi davam etdirilir, Ağ ev administrasiyasında çalışanlar və ABŞ prezidentinin fəaliyyəti ilə bağlı məlumat verilir. Beşinci mövsüm on bir daimi aktyora malikdir ki, onların da hamısı əvvəlki mövsümlərdə iştirak etmiş, səkkizi isə birinci mövsümdən əsas rolda olmuşdur. Beşinci mövsümdə ikinci plan aktyorlar sırasına üç yeni sima daxil edilmişdir. Beşinci mövsüm də ShondaLand Production Companynin başqa bir layihəsi olan “Qətlə görə məsuliyyətdən necə qaçmalı” serialına yer açmaq üçün Cümə axşamı 9:00 pm-də yayımlanmışdır.
3 mart 2016-cı ildə ABC Qalmaqal serialının altıncı mövsümünün çəkiləcəyini elan etmişdir.[2]