From Wikipedia, the free encyclopedia
Qafqaz rəqsləri — Qafqaz xalqlarının mədəniyyətinin çox mühüm bir hissəsini təşkil etməklə özündə qədim və zəngin tarixi daşıyır.
Qafqazda 50-dən çox etnik qrup var[1]. Buna görə Qafqaz mədəniyyəti çox zəngin və çox yönlüdür. Mədəniyyətin ən parlaq təzahürlərindən biri də Qafqaz xalqlarının rəqsidir.
Qafqaz xalqlarının rəqsləri ümumiləşdirilmiş bir mövzu olaraq geniş və dərin bir tarixə köklənərək özündə sürətli, qızğın (xüsusilə kişi rəqsləri) rəqs əlamətlərini əks etdirməklə cəsarəti, qəhrəmanlığı xarakterizə edir. Qafqazda yaşayan hər bir xalqın özünəməxsus rəqsləri vardır. Bunlar bir-birilərindən öz səciyyəvi xüsusiyyətləri ilə fərqlənirlər. Hər xalqın milli geyimi, milli musiqisi özünəməxsusdur.
Qafqaz rəqslərinə maraq Avropada 20-ci əsrdə yaranmışdır. Sovet İttifaqı dövründə isə belə rəqslərə festivallarda, müsabiqələrdə və filmlərdə dəfələrlə müraciət olunduğundan hər zaman böyük maraq olmuşdur. Sovet İttifaqının bir çox ərazilərində məişət səviyyəsində elə bir el məclisləri, bayram mərasimləri olmazdı ki qafqaz rəqsləri olmadan keçsin, lakin Rusiyanın mərkəzi və şərq hissəsində isə qafqaz rəqsi dedikdə yalnız Lezginka rəqsi başa düşülürdü. Hansı ki, Kubanın folklor reallığında onlar bir-birindən tamamilə fərqləndirilir. Kubanın slovyan mühitində daha məşhur olan rəqslərdən "Naurskaya", "Bazar", "Lezqinka", "Şamil Rəqsi", "Oyra-oyra" rəqsləri hələ də ifa edilməkdədir[2].
Şimali Qafqaz xalqlarının rəqsləri öz ritmikliyi ilə hər zaman diqqət mərkəzində olmuşlar. Xususilə də, adıgeylərin, qaraçay-çərkəslərin, balkarların, çeçenlərin, inquşların, osetinlərin rəqsləri özünəməxsusluğu ilə diqqət çəkirlər. Şimali Qafqaz xalqlarının rəqsləri arasında andilərin rəqsləri, gerqebil reqsləri daha fərqlidir. Şimali Qafqaz xalqları arasında ən məşhur rəqslərdən biri Lezginka rəqsidir.
Ləzgilərin milli rəqsidir. Bütün Qafqaz üzrə geniş yayılmış rəqs növüdür. Hər xalqda rəqs növünün öz variantı vardır[3]. Rəqs yarış xarakteri daşıyır. Hər bir kəs özünün cəldliyini, yorulmazlığını, qətiyyətini nümayiş etdirir. Bir qayda olaraq rəqs musiqi sədaları altında ifa edilir. Melodiyası dinamik, dəqiq, cəldliyə zövq edəndir. Lezginka rəqsinə nisbətən oxşar olan, lakin müxtəlif xalqların mədəniyyətinə aid edilən aşağıdakı rəqslər vardır:
Xalq rəqs musiqisi Azərbaycan instrumental musiqisinin böyük bir hissəsini təşkil edir. Tarixi məlumata əsaslanaraq, qeyd edə bilərik ki, hələ eramızdan neçə minilliklər əvvəl, tunc dövründə Azərbaycan ərazisində rəqs sənəti insanların məişətində müəyyən yer tutmuşdur. Qobustan qayaları üzərində müasir Yallı rəqsinə bənzəyən mərasim rəqsi və s. həkk olunmuşdur. Qobustanın Böyükdaş qayası üzərindəki rəsmlər Azərbaycan ərazisində qədim zamanlarda xalq rəqs sənətinin müəyyən məzmuna və böyük həyatiliyə malik olduğunu göstərən çox qiymətli tarixi-arxeoloji sənəd hesab olunur. Sadə və ibtidai xalq musiqi alətləri meydana gəlməzdən çox-çox əvvəl rəqs, oynayanların və tamaşaçıların çəpik çalmaları ilə əldə edilən ritmik zərbələrinin müşayiəti altında ifa edilmişdir.
Azərbaycan instrumental xalq rəqs musiqisi üçün melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapazon müxtəlifliyi, tədrici inkişaf, təkrar, variasiya və sekvensiya metodu səciyyəvidir. Rəqslər özünəməxsus lad əsası, metro-ritmik xüsusiyyətləri və rəngarəng formaları ilə seçilir. Xalq mahnılarında olduğu kimi, rəqslərdə də xalqın hissləri, duyğuları, temperamenti əks olunmuşdu. Rəqslər tarixi mənbə olmaqla yanaşı, xalqın musiqi təfəkkürünün ən xarakterik xüsusiyyətlərini üzə çıxarır. Bu musiqi nümunələrinin qorunub saxlanması müasir folklorşünaslığın əsas məsələsidir. Rəqslər ifa tərzinə görə iki yerə ayrılır. "İnnabı", "Mirzeyi","Cəngi" kimi rəqs nümunələri kişilər üçün nəzərdə tutulmuşdu. Qadınlar arasında isə daha məşhur olan rəqslər "Haxışta", "Halay", "Vağzalı" sayılır.
Azərbaycan milli rəqsidir. Ən qədim rəqs növlərindən biridir[4]. 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir[5][6].
[Gürcü xalq rəqsləri-gürcü xalqının rəqs sənətidir. Gürcü xalq rəqsləri qədim tarixə malikdir. Bu çoxsaylı tarixi mənbələr və arxeoloji tapıntılarla təsdiqlənir[7]. Araşdırmalar həmçinin rəqslərin əmək prosesinə və gündəlik həyatın digər aspektlərinə olan əlaqəsini göstərir. Gürcü rəqsləri zaman keçdikcə tədricən inkişaf edərək, forma və məzmununu dəyişdirir. Beləliklə, qəhrəmanlıq, toy, sevgi, əyləncə, idman və rəqabət rəqsləri yaranır. Xor oxuma və mahnı ifası Gürcüstanda rəqslə bağlı olmuşdur.
Gürcü xalq rəqslərinə "Kartuli", "Mtiuluri", "Perxuli", "Xorumi", "Mtskemsuri", "Mxedruli", "Moxeuri", "Saxumaro", "Doluri", "Salxino", "Şuşpari", "Saarşiko" və s. rəqsləri aid etmək olar.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.