Qafan hadisələri
Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin qovulması / From Wikipedia, the free encyclopedia
Qafan hadisələri, Qafan faciəsi və ya Qafan qırğını — 1987-ci ilin noyabrından 1988-ci ilin fevralına qədər SSRİ tərkibindəki Ermənistan SSR-nin Qafan rayonu ərazisində yaşayan azərbaycanlı əhalinin zorakı və məcburi şəkildə qovulması. Qafan rayonunda Ermənistanda digər ərazilərə nisbətdə daha çox azərbaycanlı yaşayırdı, 1979-cu ildə burada yaşayanların 10 minə yaxını azərbaycanlı idi.
Qafan hadisələri | |
---|---|
Əsas münaqişə: Dağlıq Qarabağ münaqişəsi | |
Ümumi məlumatlar | |
39°06′ şm. e. 46°18′ ş. u. | |
Yeri | Qafan rayonu, Ermənistan SSR, SSRİ |
Hücumun hədəfi | Yerli azərbaycanlılar |
Tarix |
|
Hücum metodu | Qətl, qarət, talan |
Ölü sayı | |
Yaralı sayı |
naməlum 4 minə yaxın azərbaycanlı qovulmuşdur |
Azərbaycanla açıq qarşıdurmadan xeyli əvvəl Ermənistanda ərazi iddialarını əsaslandıran fikirlər yayılırdı. Bunun Azərbaycana da təsir etməsi nəticədə qarşılıqlı inamsızlıq və düşmənçilik formalaşdırmışdı. 1987-ci ilin sonlarından başlayaraq Ermənistan SSR-də yaşayan azərbaycanlılarla ermənilər arasında qarşıdurmalar yaşanmış, onlardan biri də Qafanda baş vermişdir. Rayon ərazisində azərbaycanlıların yaşadığı kəndlərə hücumlar edilmiş, yerlilər evlərindən qovulmuşdur. Qafanlılar Ermənistandan gələn ilk məcburi köçkünlərə çevrilmiş, vaqonlar və avtobuslarda Bakıya, Sumqayıta gəlmişlər. Buna baxmayaraq, yerli sovet rəhbərliyi hadisələri ört-basdır etmişdir. Həmçinin, şahidlərin ifadələrinə baxmayaraq, ermənilər azərbaycanlıların Qarabağda böhranın baş verməsindən əvvəl Ermənistandan qovulmalarını qəti şəkildə inkar edirlər.
Baş verən hadisələrin işıq üzünə çıxmasının fonunda Azərbaycan SSR-də ictimai-siyasi çalxalanmalar meydana çıxmağa başlamışdır. Azərbaycanlılar üçün bu hadisələr Mart soyqırımı və Zəngəzur qətliamlarının oxşarı idi. Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin Azərbaycan SSR-dən ayrılmaq haqqında qərar qəbul etməsi ilə gərginliyin pik həddə çatması nəticəsində, 1988-ci ilin fevralında Sumqayıtda poqrom aktı baş tutmuş, hadisələrdə Qafandan olan qaçqınlar da iştirak etmişdir.