Qadın döşü
From Wikipedia, the free encyclopedia
Qadın döşü (lat. Mamma) — qadınların sinə nahiyəsində olan qabarıq bədən hissəsi. Döşlər iki bioloji funksiyanı yerinə yetirir – yeni doğulmuş körpəni qidalandırmaq üçün süd vəzilərindən süd istehsal edir və cinsi cazibədə rol oynayır. Döşlər erogen zonalardır. Döşlər yeniyetməlik dövründə inkişaf etməyə və böyüməyə başlayır. Bu adətən 8 yaşından başlayaraq iyirmi yaşların əvvəllərinə qədər davam edir. Hamiləliyin sonlarına yaxın döşlər süd verməyə hazırlaşır. Menopauza zamanı döşlər sallanır və formasını dəyişdirir.